Yadplanetliləri göydə axtarmayın! – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Yadplanetliləri göydə axtarmayın! – FOTOLAR

Elm adamları osminoqların yadplanetli olduqlarını açıqlayıblar.

Publika.az xəbər verir ki, alimlər bu canlıların DNT-sinin dünyadakı digər bütün heyvanlardan fərqli olduğunu bildiriblər.

Araşdırmalar göstərib ki, osminoqların genləri 33 min zülalı kodlaya bilir. Bunu təbiətdə başqa heç bir heyvan bacarmır.

Bu canlıların 500 milyon ildir okeanlarda hökm sürdüyünü xatırladan alimlər osminoqların sahib olduqları bir sıra bacarıqları da yada salıblar.

Osminoqların qeyri-adi gözləri, bukelemuna bənzər rəng dəyişdirmə qabiliyyətləri, olduqca elastik bədənləri var. Ən əhəmiyyətlisi isə bu canlılar digər bütün heyvanlardan daha böyük sinir sisteminə sahibdirlər. Bu isə onlara inanılmaz dərəcədə güclü yaddaş və öyrənmə qabiliyyəti bəxş edir.

Çikako Universitetinin alimi Karolin Albertin osminoqlar haqqında aparılan yeni araşdırmalar haqqında bunları deyib: "Düzü, biz belə nəticələr gözləmirdik. Çox təəccübləndik. Dəniz canlılarını daha çox araşdırmalıyıq. Bəlkə də illərdir yadplanetliləri yanlış yerdə axtarırıq, onlar bizimlə eyni planetdə yaşayırlar. Artıq yadplanetliləri göydə yox, sularda axtarmalıyıq".

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm