İdman dünyası terroru lənətlədi - FOTOLAR
Bizi izləyin

İdman

İdman dünyası terroru lənətlədi - FOTOLAR

Bu gecə İstanbulda Atatürk hava limanında törədilən iki partlayış aktı zamanı həlak olanların sayı 36-ya çatıb. Xarici xətlər terminalında törədilən terror aktı nəticəsində 147 yaralının olduğu deyilir. Bütün türk dünyasını şoka salan bu hadisəyə idmançılar və rəsmi qurumlar da biganə qalmayıb.

Publika.az sosial şəbəkələrdə terroru lənətləyən məşhur idmançılarının bir qisminin fikirlərini təqdim edir:

Arda Turan (Barselona/Türkiyə): “Yenə ciyərimiz yandı. Başımız sag olsun, Türkiyəm. Bizə bu acını yaşadanlara lənət olsun”.

Türkiyə Futbol Federasiyası: “Terroru lənətləyirik”.

Tomas Uyfaluşi (sabiq “Qalatasaray”lı futbolçu): “İstanbuldakı partlayışlara görə çox məyusam. Dualarım sizinlə...”

Lukas Podolski (Qalatasaray/Almaniya): “Terroru lənətləyirik. Partlayışda həyatını itirənlərin yaxınlarına səbr, yaralılara şəfa diləyirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm