XİN: ABŞ-ın Ermənistandakı keçmiş səfiri arzuolunmaz şəxs elan ediləcək
Bizi izləyin

Nida.az

XİN: ABŞ-ın Ermənistandakı keçmiş səfiri arzuolunmaz şəxs elan ediləcək

"ABŞ-ın Ermənistandakı keçmiş səfiri Con Evans Azərbaycanın işğal altındakı ərazilərinə qeyri-qanuni səfəri növbəti təxribat əməlidir".

Bu barədə Publika.az-a Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib: "O, ABŞ erməni lobbisinin diktəsi altında və müəyyən maliyyə maraqları müqabilində bu qərəzli addımı ilə xüsusilə indiki həssas durumda qəsdən vəziyyətin gərginləşdirilməsinə cəhd göstərir.

Con Evansın kriminal mənşəli irqçi və radikal erməni lobbi təşkilatı olan Amerika erməni milli komitəsi ilə uzunmüddətli sıx əlaqələri heç kimə sirr deyil.

ABŞ-ın Ermənistanda səfiri olarkən vəzifəsindən sui-istifadə edən bu şəxs qatı ermənipərəst və irqçi mövqeyi ilə seçilmiş, təmsil etdiyi ölkənin deyil daha çox erməni lobbisinin maraqlarından çıxış edib. Qeyri-peşəkarlığa və yol verdiyi xidməti qüsurlara görə vaxtından əvvəl səfir vəzifəsindən geri çağrılıb.

Onun adı arzuolunmaz şəxslər siyahısına daxil ediləcək".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm