AÇ-2016-da dünya rekordu
Bizi izləyin

İdman

AÇ-2016-da dünya rekordu

İslandiya əhalisi yeni dünya rekordu müəyyənləşdirib.

Publika.az xəbər verir ki, dünya rekordu Avropa çempionatının 1/8 finalında keçirilən İslandiya - İngiltərə oyunu zamanı müəyyənləşib. İslandiya əhalisinin 272 min nəfəri - 94 faizi bu qarşılaşmanı televiziya vasitəsilə izləyib.

Bu göstərici idman oyunları üçün rekord nəticədir. Müqayisə üçün qeyd edək ki, 2012-ci ildə keçirilən Avropa çempionatının final oyununu İtaliya əhalisinin 75, İspaniyanın isə 76 faizi izləmişdi.

2014-cü ildə baş tutan dünya çempionatının finalında isə Almaniyanın 75, Argnetinanın isə 78 faiz əhalisi qarşılaşmaya televizor vasitəsilə baxmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm