AÇ-2016-nın ən sürətli oyunçusu kimdir?
Bizi izləyin

İdman

AÇ-2016-nın ən sürətli oyunçusu kimdir?

Fransa millisinin gənc yarımmüdafiəçisi Kinqsli Koman AÇ-2016-nın ən sürətli futbolçusu hesab olunur.

Publika.az xəbər verir ki, Koman Avropa çempionatında iki oyun keçirsə də, aktivində qol və ya məhsuldar ötürmə yoxdur.

Fransa 1/4 finalda turnirin sürpriz komandası İslandiya ilə qarşılaşacaq. Meydan sahiblərinin heyətində zədəli və cəzalı futbolçuların çoxluğunu nəzərə alsaq, Koman böyük ehtimalla bu qarşılaşmada meydana çıxacaq.

Qeyd edək ki, 2015-ci ildə dünyanın ən sürətli futbolçusu Qaret Beyl olmuşdu.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm