Bilgi.az
Qadın hökmdarlar
Tarixdə qalanlar, söz deyib gedənlər, günümüzdə seçilənlər, yaxud da izahını bilmədiyimiz hadisələr hər zaman maraqla qarşılanıb.
Sizin bu marağınızı nəzərə alıb Publika.az yeni layihəsini - "Ditdili"ni təqdim edir.
Layihənin adını heç də təsadüfən bu həşəratın adına uyğun seçmədik. Belə ki, layihə müəllifinin adı qəliz, bir az da poetikdir. Yəni qanadlıdır. Amma özü sərt, bir az da qaniçəndir. Qanadlı qaniçən də ağcaqanaddır. El içində ona ditdili də deyirlər. Biz də təklif etdik ki, müəllifin adı ilə ağcaqanadın xüsusiyyətlərini birləşdirib, el arasında deyildiyi kimi, layihəmizin ismini ditdili adlandıraq.
"Ditdili" layihəsinin məqsədi, məramı birdir. Bizim üçün müəmmalı olan, ya da ötəri baxdığımız mətləblərin "qanını sovurub" oxuculara təqdim etmək.
Beləliklə, "Ditdili"nin ilk mövzusu:
Pul və kişi düşkünü olan hökmdarlar
Qadınlar hökmranlıq etməyi çox sevirlər (məsələn elə biri mən). Bunun üçün onlar hətta qanunsuz yola da əl atmaqdan belə çəkinmirlər. Tarixdə iz buraxmış müdrik qadın hökmdarlar çox olub. Bu dəfə biz varlanmaq hərisliyinə güc gələ bilməyən, ya da məşuqları ilə yadda qalan qadın hökmdarlardan danışacağıq.
U Tszetyan
Düz qırx il hakimiyyətdə qalan bu xanım 665-705-ci illərdə Çin tax-tacına sahib olub. Çin imperatoru Taytszunun məşuqəsi olan xanım onun ölümündən sonra oğlu Qaotszunun arvadı olur. Onun da ölümündən sonra U Tszetyan ölkəni idarə edir və tax-tacda oğlanlarını bir-biri ilə əvəz edir. 690-cı ildə bundan bezən xanım oğlu Juytszunu hakimiyyətdən uzaqlaşdıraraq, özünü hökmdar, hakimiyyətin isə Çjou sülaləsinə məxsus olduğunu elan etdi. O, hökmranlığı dövründə hədsiz dərəcədə var-dövlət, zinət əşyaları toplamağı ilə yadda qalıb. Onun hökmranlığı dövründə, mərkəzi Asiya və Koreya ərazisi işğal olundu. Mədəniyyət sürətlə inkişaf etdi. Daosizm və buddizm rəsmi dövlət dininə çevrildi. Çinin dörd min illik tarixində yeganə qadın idi ki, kişi titulu olan Xuandini qəbul etmişdi. Saray etiketinə iyrənc "kunnillinqus"u rəsmi adət kimi daxil etməklə kişiləri aşağılamaq və qadın hökmranlığı dönəminin başlamasına işarə vermək istəyirdi. Rəqiblərini amansızlıqla və xüsusi qəddarlıqla sıradan çıxarırdı. Saray intriqalarından məharətlə istifadə edən və onu qızışdıran U Tszetyan ömrünün sonunda xəstəlikdən tam zəifləyir və oğlu bundan istifadə edərək onu hakimiyyətdən uzaqlaşdırır. Rüşvətxorluq və əxlaqsızlıq onun hakimiyyəti dövründə əsas vərdişə çevrilir. Onun həyatı haqqında 1963-cü ildə bədii film də çəkilib.
Xatşepsut
Yeni Misir çarlığının on səkkizinci nümayəndəsi. Eradan əvvəl 1479-cu ildən 1458-ci ilə qədər hökmranlıq edib. Özü özünə "Allahın arvadı" titulunu vermişdi. Ərinin ölümündən istifadə edən Xatşepsut on iki yaşlı oğlunun regenti kimi hakimiyyəti ələ alıb, on səkkiz aydan sonra onu devirir. Hakimiyyəti dövründə olduqca böyük və bahalı tikililərin əsasını qoyub. Onun dünyaca məşhur "Deyr əl bəhri" məbədi öz unikallığı və möcüzəvi memarlığı ilə bu gün də seçilir. Əlli yaşında qaraciyər xərçəngindən dünyasını dəyişdiyi mumiyasının açılmasından sonra bəlli olub. 2012-ci ildə aparılan analizin nəticəsindən aydın oldu ki, ağrılarını azaltmaq üçün istifadə etdiyi losyonun içində zəhərli maddələr var. Xanım hökmdar özü də bilmədən, özü-özünü zəhərləyib. Ağıllı, enerjili həmçinin incə və cazibədar Xatşepsut həm də siyasi cəhətdən güclü olub. Onun haqqında bir neçə bədii əsər qələmə alınıb. Amma bütün xanımlar kimi o da var-dövlət hərisi olub. Ona görə də, var-dövlətinə görə xanımların arasında ikinci sırada gəlir.
Böyük Yekaterina
Rusiyanı özünün "kiçik təsərrüfatı" hesab edən Rus İmperiyasının imperatoru İkinci Yekaterina. Gəncliyində fağır görünən, Yelizavetanın zülmlərinə dözən Yekaterina ağıldan kəm və kişilik qabiliyyəti olmayan ərini devirərək, hakimiyyəti əla alır. Sonsuz sayda məşuqları və erotik fantaziyaları gerçəkləşdirməsi ilə yadda qalan Yekaterina həm də müdrik hökmdar idi. Onun dövründə rus imperiyasının sərhədləri böyüdü. Elm, təhsil, mədəniyyət sürətlə inkişaf etdi. Sənaye münasibətləri tam müasirləşdi. Geridə qalmış imperiya Avropa ilə ayaqlaşdı. Müharibələrdən qələbə ilə çıxan Yekaterina idarəçilikdə olduqca qəddar idi. Məhz, onun hakimiyyəti dövründə "kəndli müharibəsi" kimi yadda qalan Yemilyan Puqaçov üsyanı baş tutmuşdu. Yeri gəlmişkən, Kırımı da Rusiyaya məhz o birləşdirib.
Qarabağ xanı İbrahim xanla diplomatik əlaqələr yaratmışdı. Məqsədi Qacarların Qafqazda güclənməsinin qarşısını almaq idi. Saysız hesabsız islahatlar aparıb.
Amma ən zəif yeri var-dövləti idi. Məmurların rüşvətxorluğunu heç cür qəbul etməyən imperator, bütün pulların ona məxsus olmasına can atırdı. Çünki, xərcləri də çox idi. On bir məşuquna 92 milyon 820 min rublluq hədiyyələr bəxş etmişdi. Bu pul dövlət büdcəsinin xərclərindən bir neçə dəfə çox, hətta Rusiyanın daxili və xarici borcları qədər idi. Sanki, o, məşuqlarını pul ilə alırdı. Var-dövlət hərisliyi sərhəd bilmirdi. Onun rəsmən 21 məşuqu olub. Onlardan cəmisi ikisi rəsmi əri idi. Hətta bəzilərinin ad və soyadları belə unudulub. Bunların içində əsgərlər, səfirlər bol olub.
Kleopatra
Dünya tarixinin ən məşhur hökmdar qadını. Yeni Misirin və Ptolomeylərin sonuncu hökmdarı. Qardaşını öldürməklə atasından qalan taxt-taca sahib olan Kleopatra üçün hər şeydən vacib var-dövlət idi. Kifayət qədər çirkin ancaq olduqca seksual görünüşlü qadın ehtirasını silaha çevirə bilirdi. Yenilməz Sezarı yataqda ram edən Kleopatra nəinki öz taxt-tacını saxladı, hətta Sezar üçün oğul doğdu. Sezarın ölümündən sonra hakimiyyətə gələn Antonio da onun yatağının sahibi oldu. Sonda əsir düşməmək üçün özü-özünü zəhərli ilanlarla öldürən Kleopatra tarixdə həm də böyük diplomat və siyasətçi kimi qalıb. Şekspir də daxil olmaqla bir çox müəlliflər onun bədii obrazını yaradıblar. Bütün bu əsərlərdə Kleopatranın ehtirasları və dəlicəsinə olan sevgisi qırmızı xətlə keçir.
İzabella Birinci - Kastilya və Leon kraliçası
Əri İkinci Ferdinandla evlənəndən sonra İspaniya birləşdi. 1474-1504-cü illərdə ölkəni idarə etdi. Məhz onun dövründə Kolumb Amerikanı kəşf etdi. Hakimiyyəti dövründə güclü dövlət islahatları aparan qadın gözəlliyi və ağlı ilə seçilib. At üstündə yürüşlərə getməkdən çəkinməyən İzabella yaşıl-mavi gözləri, qızılı saçları ilə hamını heyran edirdi. İspan dövlətinin ən güclü dövrü məhz İzabellanın adı ilə bağlıdır. Ərinə sədaqəti ilə seçilən İzabellanın uşaq sarıdan bəxti gətirmədi. Sevimli qızının ruhi xəstəlik tapması və 19 yaşlı oğlunun ölümü bu əzəmətli qadını ruhdan saldı. Çox gənc yaşında qara geyimə bürünən İzabella əsəbi olub. Nəticədə əri ilə münasibətləri korlandı. Yeganə sevinci fəth olunmuş Amerikadan gələn var-dövlət və həbəşlərə qalib gələrək sehrli Alqambra sarayına sahib olması idi. Məhz o dövrdən başlayaraq, ispanlar vahid millət kimi formalaşmağa başladılar. İzabella katolikliyi möhkəmlədərək inkvizisiyanı bərpa etdirdi. Amansız repressiya və edamlar ölkəni bürümüşdü. Minlərlə yəhudi və müsəlman qanı tökülmüşdü. Hindistan var-dövlətinə sahib olmaq üçün Kolumbun səfərini maliyələşdirmək lazım idi. İzabella öz zinət əşyalarını belə xərcələdi. Doğrudur, Kolumb gözlənilən var-dövləti həmin dəqiqə gətirmədi və Hindistan əvəzinə Amerikaya yol açdı. Bununla da İspaniyanı böyük imperiya, İzabellanı varlı hökmdara çevirdi.
Beləliklə, biz sizə ölkəsinin və bəşər tarixində ad qoymuş beş qadın hökmdarı təqdim etdik. Onlar həm də öz var-dövlətə və kişiyə olan hərislikləri ilə seçilirdilər.
-
Dünya04:44
Rusiya Yerə düşə biləcək asteroidlə bağlı XƏBƏRDARLIQ ETDİ
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO