Dünya
Azərbaycanlı məhbusların qiyamından görüntülər – VİDEO
Rusiyanın Xakasiya Respublikasındakı həbsxanalardan birində məhbusların qaldırdığı qiyamın görüntüləri yayılıb.
Publika.az xəbər verir ki, videoda 35 saylı koloniyada keçirilmiş xüsusi əməliyyatın görüntüləri yer alıb.
Kadrlarda görünür ki, xüsusi təyinatlılar yanğın nasosları və nərdivanların köməyi ilə islah müəssisəsinin binasının üçüncü mərtəbəsinə girməyə çalışır.
Qeyd edək ki, qiyam ötən gecə baş verib. Yerli KİV-in yazdığına görə, qiyamçı məhbusların hamısı müsəlmanlar olub. Xakasiya Respublikası İstintaq Komitəsinin rəhbəri Yaroslav Bajan qiyamçıların əsasən qırğız, tacik və azərbaycanlılardan ibarət olduğunu bildirib. Təxminən 240 məhbus saxlanma şəraitinin yaxşılaşdırılmasını və ibadət üçün xüsusi yerlər ayrılması tələbiylə çıxış ediblər.
Yerli vaxtla saat 05:30-da cinayətkarların zərərsizləşdirilməsi üzrə xüsusi əməliyyat keçirilib. Məlumata görə, əməliyyat “itkisiz, tez və peşəkarlıqla” həyata keçirilib. Cinayətkarlar saxlanılıb və təcrid edilib. Məlumata görə, qiyamın üç təşkilatçısı barədə cinayət işi qaldırılıb.
Ömər Dağlı
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR