Nida.az
Sərhədlərin açılmasından Qarabağa gedən yol? – TƏHLİL
Türkiyə Ermənistanla sərhədləri açmaq üçün müzakirələrə başlamaq istəyir.
Publika.az xəbər verir ki, bu iddia ilə
"Hürriyet" qəzetinin köşə yazarı Fatih Çekirgen çıxış edib.
Onun iddiasına görə, xarici işlər naziri Mövlud Çavuşoğlu iyunda Bakıya səfəri zamanı bu məsələ ilə bağlı Azərbaycan rəhbərliyinin "nəbzi"ni yoxlamağa çalışıb.
"Müsbət abu-hava və daha irəli getmək üçün zəmin var", - deyə o
qeyd edib.
Lakin əlavə edib ki, Azərbaycanla danışıb Ermənistanla yeni
normallaşma təqvimi müəyyənləşdirmək üçün müzakirələr aparılarkən,
Türkiyə daxilində xainlər çevriliş cəhdi etdi.
***
Türkiyənin Ermənistanla sərhədləri açması iddiasının gündəmə
gəlməsi regionda geosiyasi mənzərənin dəyişməsi fonunda
müzakirələrə yol açır. Lakin hər şey Ankaranın Bakının nəbzini
yoxlaması və prosesin başlaması qədər sadə deyil.
Qərb Türkiyəyə Ermənistanla sərhədləri açması və münasibətləri
normalaşdırması üçün zaman-zaman təzyiqlər edib. Bu, Rusiyanın
Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması üçün lazımlı idi. 2009-cu
ildə Bakının sərt reaksiyasına rəğmən, "Surix" protokollarının
imzalanması da bu siyasətin tərkib hissəsi idi. Lakin elə 7 il öncə
Azərbaycanın sərgilədiyi mövqe, Türkiyə və Azərbaycan
ictimaiyyətlərinin bu plana qarşı həmrəylik nümayiş etdirməsi
oyunun pozulması ilə nəticələndi. Həmin vaxtdan etibarən Ankaranın
"sərhədləri yalnız işğal olunmuş Qarabağ azad olunarsa, açaram"
mövqeyi ön plana çıxdı.
7 il öncədən günümüzə qədər Bakı və Ankaranı bir-birinə bağlayan
bağlar daha çox sıxlaşıb və hər iki paytaxtda digərinin
maraqlarının əksinə addım atacaq mövqe faktiki olaraq mövcud deyil.
Buna paralel olaraq, regiondakı vəziyyət, Türkiyə ətrafında baş
verən hazırkı proseslər də Ankaranın Bakının razılığı olmadan,
yaxud onun maraqlarına zidd şəkildə buna gedəcəyi fikrini gündəmdən
çıxarır. Deməli, sərhəd iddiasında həqiqət payı varsa, bu,
Azərbaycanın ərazi bütövlüyünün və Türkiyənin bununla bağlı
mövqeyinin təmin olunması fonunda mümkün ola bilər.
Bu iddianın indi gündəmə gəlməsi isə bəzi ehtimalları ön plana
çıxarır.
a) İddiada qeyd olunan "Çavuşoğlu
iyunda Bakıya səfəri zamanı bu məsələ ilə bağlı Azərbaycan
rəbərliyinin "nəbzi"ni yoxlamağa çalışıb. Müsbət abu-hava və daha
irəli getmək üçün zəmin var" fikirləri Bakının bu məsələyə
loyal yanaşdığı mənasına gəlir. Bakı sərhəd məsələsinə loyallıq
nümayiş etdirirsə, deməli, ölkənin maraqlarının təmin olunası
zəmanəti yaranıb. Əks təqdirdə bu, mümkün olmaz, hətta 7 il
öncəkindən daha sərt reaksiya verilər.
b) Əslində Dağlıq Qarabağla bağlı Vyana və
Sankt-Peterburq görüşündən sonra işğal altındakı ərazilərin
qaytarılması və münasibətlərinin həll olunması istiqamətində ciddi
danışıqların olduğu haqda məlumatların yayılması da bu iddia
fonunda yada düşür. Hansı ki, planda ətraf rayonların qaytarılması,
qaçqınların geri dönüşü və Qarabağın status məsələsinin həll
edilməsi var. Hesab etmək olar ki, Ankara danışıqların
detallarından xəbərdardır və münaqişənin həlli ilə bağlı böyük
ümidlər var. Bu baxımdan, prosesə paralel olaraq, Ermənistanla
sərhədlərin açılması işinə start verib.
c) Yaxud Türkiyə ilə sərhədlərin açılması,
Ermənistanın blokadadan çıxması danışıqların tərkib hissəsi olub.
Bakı işğal olunmuş ərazilərin qaytarılacağı təqdirdə buna etiraz
etmir. Türkiyə Ermənistanla sərhədləri açaraq, iqtisadi cəhətdən
yeni bazar qazanır, siyasi cəhətdən regionda mövqelərini
gücləndirir. Qərb Ermənistanı Rusiyadan qoparmaq üçün bu siyasəti
həmişə dəstəkləyib. Bəlkə də sərhəd məsələsini danışıqların
tərkibinə qatılması təklifi Qərbin özündən gəlib. Bura qədər proses
aydın görünür, lakin Rusiya faktoru ümumi mənzərəni müəyyən qədər
qarışdırır.
d) Rusiya hərbi bazalarının olduğu, öz
"vassallına" çevirdiyi Ermənistanı güzəştə getmək niyyətində deyil.
Bura Moskvanın Qafqazda şəxsi qalası hesab oluna bilər. vaxtilə
Türkiyə ilə sərhədlərin açılması prosesinə qoşulan, beləliklə,
Rusiya maraqlarını zərbə altına salan İrəvan Kreml tərəfindən bu və
ya digər formada cəzalandırılıb da. Lakin indi mənzərə bir qədər
fərqlidir, xüsusilə Ankara-Moskva münasibətlərinin "geridönüş"
mərhələsinə qədəm qoyması məsələyə fərqli baxış yaradır.
- Rusiya Qarabağ münaqişəsinin həlli prosesində Türkiyəni
yaxına buraxır. Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın "Türkiyə
təklifləri ilə münaqişənin həllinə töhfə verə bilər" deməsi də bu
fikri gücləndirir.
- Türkiyənin "İrəvan həmləsi" Moskvanın razılığı
ilə cərəyan edir.
- Proses Qarabağ münaqişəsinin həlli fonunda baş
verir.
- Bakı ərazilərin işğaldan azad olunması şərti ilə prosesə
müsbət yanaşır.
Önə çıxan versiyalar bunlardır və nəticə etibarilə
Türkiyə-Rusiya liderliyi ilə regionda stabillik əldə olunur,
münaqişə həll edilir və Qərbin bura müdaxiləsinin qarşısı
alınır.
Burada iddianı irəli sürən Çekirgenin "Azərbaycanla
danışıb Ermənistanla yeni normallaşma təqvimi müəyyənləşdirmək üçün
müzakirələr aparılarkən, Türkiyə daxilində xainlərin çevriliş cəhdi
etdi" sözləri diqqəti Türkiyədə dövlət çevrilişinə cəhddən
bir gün sonra Ermənistanda başlanan qiyama yönəldir. Müəllifin bu
sözləri daha çox "xainlər prosesin qarşısını aldı" mənasında qəbul
oluna bilər.
Qərbin FETÖ qruplaşmasının əli ilə Türkiyədə xaos yaratmaq,
yaxud buna cəhd etmək addımı həm də Qarabağ münaqişəsində əlindən
çıxan kartları Rusiyaya verməmək, başlanan prosesi tormozlamaq
hədəfinə hesablanıb. Çekirgenin iddiasından ortaya çıxan ehtimallar
belədir, lakin bunun nə qədər doğru iddia olduğunu demək də
çətindir.
Asif Nərimanlı
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu