Siyasi qüvvələr qiyamçıların TƏRƏFİNƏ KEÇDİ
Bizi izləyin

Dünya

Siyasi qüvvələr qiyamçıların TƏRƏFİNƏ KEÇDİ

Ermənistanda “İttifaq” partiyası polis-patrul alayının binasını tutan silahlı qrupun tərəfinə keçdiyini bəyan edib.

Publika.az xəbər verir ki, partiya xalqın kütləvi iradəsindən kənara qala bilmədiklərini deyiblər.

“İttifaq” partiyası rəsmən “Sasunski cəsurları” qrupuna dəstək olaraq xalq hərəkatına qoşulduğunu elan edir. Bunu hakimiyyət də bilməlidir. Xorenasi küçəsində bu gün keçiriləcək mitinqdə bizim partiya da iştirak edəcək”, - deyə bəyanatda bildirilir.

Qeyd edək ki, “İrs” partiyasının parlamentdəki fraksiya rəhbəri Zarui Postandjyan da qiyamçılara dəstək verir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm