Bilgi.az
Nuhun gəmisinin batdığı Azərbaycan kəndi - turistlər hara baxır?
Onlar özlərini Nuh peyğəmbərin nəsli hesab edirlər. Dünyanın ən nadir dilində danışır, dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yaşayırlar. Bura Azərbaycanın, bəlkə də dünyanın ən unikal kəndi hesab oluna bilər.
Xınalıq
(Kətiş) kəndi: Kənd Quba rayonunun inzibati ərazisinə
daxildir. Böyük Qafqaz dağları silsiləsində, Şahdağın yaxınlığında
dağlarla əhatə olunmuş bir ərazidə yerləşir.
Xınalıq bir çox özəlliyi ilə turistlər üçün ən maraqlı məkanlardan
hesab oluna bilər. Lakin hər şeydən önəmlisi buranın turizm
məkanına çevrilməsidir. Turizmin qeyri-neft sektorunun əsas payçısı
olması məlumdur. O da məlumdur ki, Azərbaycanda qeyri-neft
sektorunun inkişafı üçün dövlət səviyyəsində addımlar atılır. Məhz
Xınalıq kəndi turizmin inkişafında vazkeçilməz fürsətlərdən
biridir.
Admiral.Az Xınalıq kəndinin turistlər üçün maraqlı ola biləcək
cəhətlərini araşdırıb.
Nuhun gəmisinin batdığı yer
Onlar özlərini Nuh peyğəmbərin sonuncu nəsli adlandırır və iddia
edirlər ki, Nuh peyğəmbərin tufanı dövründə Ketş kəndi Ketş
dağlarında yerləşirdi. Sonradan baş verən zəlzələ zamanı əhalinin
çox hissəsi həlak olub. Sağ qalanlar isə çayı keçərək, kiçik bir
təpəyə qalxıblar. Beləliklə Xınalıq yaranıb. Xınalıqlılar dəniz
səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən kənd ərazisində rast gəlinən
balıqqulağı və daşlaşmış balıq sümüklərini bu rəvayətin təsdiqi
kimi göstərirlər. Hətta bu haqda əfsanələri belə var. Belə
ki, Xınalıqdan 7 kilometr məsafədə olan Tufandağın ətəyində 3500
metr hündürlükdə 3 müxtəlif göl var. Bulaq suyu və qarla qidalanan
göllər bir-biri ilə yerin altında əlaqəyə malikdir.
Əfsanəyə görə, keçmişdə bu göllərdən ən böyüyündə tez-tez taxta
parçaları görünürmüş. Bu taxta parçaların Nuhun gəmisindən qalma
olduğu iddia olunur. Heç kim o taxta parçalarını götürə bilmir.
Əgər buna cəhd edilərsə, taxta parçaları o biri sahilə doğru üzüb
gedir. Təbii ki, bu əfsanədir. 2007-ci ildə Tufandağda keçirilən
ekspedisiya zamanı da həmin göllərdə heç bir taxta parçasına rast
gəlinməyib. Lakin flora aləmi olduqca kasad olan bu ərazilərə ağac
parçalarının necə gəlib çıxdığı da müəmma olaraq qalır.
Dünyanın ən nadir dili
Turistlər üçün maraqlı ola biləcək ən unikal xüsusiyyətlərdən
biri də kətiş dilidir. Bu dil dünyada heç bir dil qrupuna uyğun
gəlmir və yalnız xınalıqlılar onu başa düşür. Tədqiqatçıların bir
hissəsi kətiş dilini İber Qafqaz dil qrupuna, bir hissəsi Dağıstan
dil qrupu ailəsinə, bəziləri isə Ural-Altay dil qrupuna aid edir.
Lakin dəqiq hansı dil qrupuna məxsus olduğu müəyyən edilməyib.
Kətiş dilində 58 hərf var, bunlardan 19-u sait, 38-i samitdir.
İsmin 16 halı var. Kətiş dilində fellər həm cinsə, həm də insan və
heyvana görə fərqlənirlər. Məsələn, "gəlir" sözü qadın, kişi və
heyvana görə müxtəlif tərzdə səslənir. 1970-80-ci illərdə
İngiltərənin və Rusiyanın dilçi alimləri kətiş dilinin öyrənilməsi
üçün tədqiqatlar aparıblar. Sonda ingilis-rus-kətiş dilində lüğət
tərtib olunub. Lakin Azərbaycan dili ilə bağlı lüğət hələ də
yoxdur.
Ən maraqlısı isə budur ki, kəndin aşağı, yuxarı və orta hissəsində
yaşayan insanlar eyni dili tələffüz edərkən, fərqli dil kimi başa
düşülür. Kənddə yaşayanlar özlərinə "kətdid" deyirlər. Bu,
"özümüzkülər" deməkdir. Ümumi sayı 30 minə yaxın olan xınalıqların
təxminən 5 min nəfəri təmiz xınalıq dilində danışır.
Uzunömürlülər diyarı
Xınalıq həm də
uzunömürlülər diyarıdır. Teymur Bünyadov 1987-ci ildə dərc olunmuş
"Əfsanələr diyarı" adlı məqaləsində belə yazırdı: kişilərdən 132
yaşlı Hacı baba, 120 yaşlı Hacı Nəzir baba, 117 yaşlı Molla Bəşir
kişi, 115 yaşlı Şahbaz baba, 112 yaşlı Becan baba, 110 yaşlı usta
Cəbrayıl, Hacı Sultan Əmir, Hacı Soltan Əhməd; qadınlardan 107
yaşlı Əsmər və Pəricahan nənə, 103 yaşlı Gülcənnət və Əminə nənə və
digərləri.
Əfsanələr
və turizm
Təkcə
bu özəlliklər turistlərin cəlb olunmasında xüsusi rol oynaya bilər.
Misal üçün, "Nuh peyğəmbərin sonuncu nəsli", "dünyanın ən nadir
dilində danışan insanların məkanı", yaxud "uzunömürlülər diyarı"
kimi təbliğat aparmaq mümkündür.
Dünyada əfsanələr üzərində təbliğatın qurulması və məhz həmin
əfsanələrə görə turistlərin cəlb olunması təcrübəsi də var. Misal
üçün, Misir ehramlarının tikilməsi hələ də müəmmalı olaraq qalır.
İddialardan biri də belədir ki, bu ehramları boyları 4 metrdən 12
metrə qədər olan nəhəg insanlar inşa edib. Bu gün bir çox turist
ehramları görməklə yanaşı, məhz bu əfsanənin bəhs edildiyi yerdə
olmaq üçün də Misirə üz tutur. Yaxud Yunanıstan qədim tarixi və
abidələri ilə yanaşı, antik dövrdə yaşadığı deyilən skiflərin də
vətəni kimi tanınır. Bu təcrübələrdən çıxış etsək, nə üçün Nuh
peyğəmbərin sonuncu nəslinin Azərbaycanda yaşadığına dair təbliğat
aparılmamalıdır?! Burada məsələ hansısa elmi-araşdırmadan yox,
birbaşa turist kütləsinə hesablanmış cəlbedici təbliğatdan
gedir.
Ölkəyə
pul qazandıracaq üç mühüm məqam
Xınalıq kəndi ildə 300-ə qədər turist qəbul etsə də, mövcud
potensial fonunda bu, olduqca azdır. Araşdırmalar göstərir ki,
Xınalıqda lazımi infrastruktur və şərait yaradılarsa, həmçinin,
daha geniş və maraqlı təbliğat aparılarsa, turistlərin sayı çoxala
bilər. Bu isə üç aspektdən xeyirlidir.
Birincisi, azərbaycanlı turistlər ölkədən kənara çıxmaz. Xınalıq
kimi unikal məkanda istirahət edərlər. Beləliklə, pul kütləsi də
ölkədə qalar.
İkincisi, xarici turistlərin sayı artar. Bu həm ölkənin
tanınması, həm də ölkəyə pul kütləsinin gəlməsi deməkdir.
Üçüncüsü, Xınalıq kəndinin sakinləri turistləri qəbul etməklə əlavə
vəsait qazanar. Həm sosial rifahları yüksələr, həm də yerli əhali
mövcud potensialın qorunub saxlanılmasında daha çox maraqlı
olarlar.
Görünən odur ki, dünyanın ən unikal məkanlarından olan Xınalıq
"kənd turizmi" üçün əvəzedilməz yerdir.
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO