23 AVQUST
Bizi izləyin

Bilgi.az

23 AVQUST

1993-cü il. Azərbaycanın Füzuli və Cəbrayıl rayonları Ermənistan ordusu tərəfindən işğal olunub. Hər iki rayonun işğalı Azərbaycan iqtisadiyyatına 9 milyard dollara yaxın ziyan vurub. İşğal nəticəsində insanlar öz ata-baba yurdlarından didərgin düşüblər, onların şəxsi mülkləri talan olunub, Azərbaycanın tarixi memarlıq abidələri məhv edilib. Füzuli rayonu ərazisində yerləşən, qədim dövrün mədəni abidələri kimi UNESCO-nun dünya irsi siyahısına düşən Azıx və Tağlar mağaraları ermənilər tərəfindən dağıdılıb. Azıxda aşkar olunan maddi-mədəniyyət nümunələri 1981-ci ildə Parisin İnsan Muzeyində "Avropanın ilk sakinləri" adlı sərgidə nümayiş etdirilib. Cəbrayıl rayonunda 14 mindən çox daşınmaz əmlak, 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət ocağı işğal altındadır.

2008-ci il. Xüsusi dövlət mühafizə xidməti işçiləri günü qeyd olunmaqla başlanıb. Bu peşə bayramı Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il 21 avqust tarixli Sərəncamı ilə təsis edilib.

1939-cu il. Faşist Almaniyası Sovet İttifaqı ilə "Molotov-Ribbentrop paktı" imzalayıb. Bu pakta görə hər iki dövlət bir-birinin üzərinə 10 il müddətinə hücum etməmək haqqında öhdəlik götürüblər. Lakin Almaniya tərəfi bu razılaşmanı pozaraq 1941-ci il iyunun 22-də SSRİ-yə hücum etdi.

1943-cü il. Görkəmli kinorejissor və aktyor, Əməkdar Artist Şahmar Ələkbərovun doğum günü (1943-1992). Ş.Ələkbərov Azərbaycan kinosunda Qəzənfər ("Yeddi oğul istərəm"), İman ("Axırıncı aşırım"), Arif ("Həyat bizi sınayır"), Gündüz Kərimli ("Arxadan vurulan zərbə"), Cavidan ("Babək") və digər yaddaqalan obrazlar yaradıb. İlk rejissor işi Gülbəniz Əzimzadə ilə birgə "İmtahan" filmi olub (1987). Bundan sonra müstəqil olaraq "Sahilsiz gecə" bədii televiziya və "Qəzəlxan" bədii filmlərini çəkib. Şahmar Ələkbərov "Yük" bədii filminin ssenari müəllifidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm