“Canavarlar” “Əjdahalar”a qarşı – BU AXŞAM
Bizi izləyin

İdman

“Canavarlar” “Əjdahalar”a qarşı – BU AXŞAM

Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunlarına start veriləcək.

Publika.az xəbər verir ki, ilk oyunda 1:1 hesablı heç-heçə edən "Roma" və "Portu" bu dəfə İtaliyanın paytaxtında münasibətlərinə aydınlıq gətirəcəklər. Portuqaliyadakı məhsuldar heç-heçə "Canavarlar"ın qrup mərhələsinə yüksəlmək şanslarını artırsa da, "Əjdahalar" da sona kimi döyüşmək iqtidarındadır.

Qitənin ən nüfuzlu klub turnirinin 3-cü təsnifat mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Viktoriya" "Ludoqorets"lə ev oyununda səfərdəki 0:2 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

Çempionlar Liqası. Pley-off, cavab oyunları

23 avqust

22:45 Monako (Fransa) - Vilyarreal (İspaniya) (ilk oyun 2:1)

22:45 Roma (İtaliya) - Portu (Portuqaliya) (1:1)

22:45 Hapoel (Beer Şeva, İsrail) - Seltik (Şotlandiya) (2:5)

22:45 Legiya (Polşa) - Dundalk (İrlandiya) (2:0)

22:45 Viktoriya (Plzen, Çexiya) - Ludoqorets (Bolqarıstan) (0:2)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm