Sabah Respublika stadionunda anşlaq gözlənilir
Bizi izləyin

İdman

Sabah Respublika stadionunda anşlaq gözlənilir

Avropa Liqasında mübarizə aparan “Qarabağ” sabah pley-off mərhələsinin cavab qarşılaşmasında "Höteborq"u qəbul edəcək.

Publika.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmada anşlaq olacağı gözlənilir. Artıq satışa çıxarılmış biletlərin 10 mini fanatlar tərəfindən əldə edilib. Bu barədə Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib. Sabaha qədər biletlərin tükənəcəyi də istisna deyil.

Qeyd edək ki, sözügedən qarşılaşma sabah saat 20:30-da start götürəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm