İtaliyadakı zəlzələdə MÖCÜZƏ KİMİ OLAY - FOTO
Bizi izləyin

Dünya

İtaliyadakı zəlzələdə MÖCÜZƏ KİMİ OLAY - FOTO

Dünən İtaliyanın mərkəzi hissəsində baş vermiş 6.2 bal gücündə zəlzələ zamanı ölənlərin sayı 250-ni keçib.

Yerli vaxtla 03.36-da qeydə alınan və 20 saniyə davam edən dəhşətli zəlzələdən düz 17 saat sonra möcüzəvi bir hadisə baş verib. 10 yaşlı qız uşağı düz 17 saat sonra dağıntının altından sağ xilas edilib. Xilasetmə qüvvələri tərəfindən dağıntılar altından çıxarılan kiçik qız kiçik sıyrıqlarla sağ qalmağı bacarıb.

Culia adlı azyaşlının sağ olaraq xilas edilməsi ailəsinə böyük sevinc yaşadıb.

Kiçik qız dağıntı altından çıxarıldıqdan sonra danışan xilasedici Danilo Dionis: "10 yaşlı qız uşağı az öncə dağıntı altından çıxarılaraq xəstəxanaya aparıldı. Zəlzələ sonrası qəsəbənin vəziyyətini isə onsuz da fotoşəkillər izah edir", - deyib. (milli.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm