Prezidentsiz, məşqçisiz və pulsuz futbol klubu - AVROLİQADA
Bizi izləyin

İdman

Prezidentsiz, məşqçisiz və pulsuz futbol klubu - AVROLİQADA

Avropa Liqasının pley-off mərhələsində “Astra” “Vest Hem”i məğlub edərək, qrupa vəsiqə qazandı. Rumıniya komandası artıq 2-ci ildi ki, bu mərhələdə “Vest Hem”ə qalib gəlir.

Publika.az xəbər verir ki, “Astra”nın prezidenti həbsxanadadır. Milyarder İoann Nikulae Sosial Demokrat Partiyasının seçki kampaniyasına qanunsuz pul ayırmaqda ittiham edilərək, həbs olunub.

“Astra”nın baş məşqçisi Marius Smudika isə futbol oyunlarına pul qoyuluşu etdiyi üçün yarım illik diskvalifikasiya olunub və 25 min dollar cərimə edilib.

Yayda “Astra”nı 11 futbolçu tərk edib. Gedən futbolçuların yerinə yalnız azad agent statusunda olanlar cəlb edilib. Komanda uzun müddətdir ki, futbolçuların məvacibini də verə bilmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm