Futbol mövsümü aprelin 29-da bitəcək
Bizi izləyin

İdman

Futbol mövsümü aprelin 29-da bitəcək

Azərbaycan Premyer Liqasında 2016/2017 mövsümünün tam təqvimi açıqlanıb.

Publika.az xəbər verir ki, çempionatın IV turunun oyunları 10-11 sentyabrda keçiriləcək. İlk dövrəyə oktyabrın 2-də yekun vurulacaq. Bu tarixdən sonra milli komandanın DÇ-2018-in qrup mərhələsi çərçivəsində Norveç və Çexiya ilə oyun üçün toplanışı olacaq.

II dövrəyə oktyabrın 19-da start veriləcək. 2016-cı ilin son turu 16-17 dekabrda olacaq və bundan sonra komandalar qış fasiləsinə yollanacaq.

2017-ci ilin ilk turunun oyunları yanvarın 28-nə təsadüf edəcək. III dövrəyə martın 5-də yekun vurulacaq. Martın 26-da keçiriləcək Almaniya - Azərbaycan oyunu səbəbindən klublar martın 19-dan aprelin 2-dək istirahət edəcək.

Ölkə çempionatına aprelin 29-da yekun vurulacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm