Qırmızı.az
100 nəfərə minik avtomobili verildi
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ müharibəsi və 20 Yanvar əlillərindən daha 100 nəfərə “Naz-Lifan” markalı maşın verib.
Bu barədə publika.az-a nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bununla da ölkə prezidentinin 23 dekabr 2013-cü il tarixli sərəncamının uğurla icra olunması nəticəsində, təkcə son 3 həftə ərzində minik avtomobili ilə təmin olunan Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin sayı 300 nəfərə çatıb.
Yeni minik avtomobili alan Qarabağ müharibəsi və 20 Yanvar əlilləri onların maddi təminatının gücləndirilməsinə, reabilitasiya vasitələri ilə təminatına göstərilən diqqət və qayğıdan razı qaldıqlarını deyiblər.
Tədbirdə vurğulanıb ki, indiyədək artıq 4106 nəfər əlilliyi olan şəxsə minik avtomobilləri verilib. 01 yanvar 2014-cü il tarixədək növbəyə durmuş şəxslərin nazirliyin rəsmi saytında (www.mlspp.gov.az) yerləşdirilmiş siyahı üzrə pulsuz xüsusi avtonəqliyyatla təmin edilməsi bundan sonra da davam etdiriləcək və may ayının sonuna kimi daha 375 nəfər əlilliyi olan şəxsin minik avtomobilləri ilə təmin olunması planlaşdırılır. Eyni zamanda, növbədə olan Böyük Vətən müharibəsi və Çernobıl əlillərinin, habelə hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olanların da yaxın dövrdə xüsusi avtonəqliyyatla tam təminatı üçün müvafiq tədbirlər görüləcək.
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi