Qırmızı.az
Müsabiqə şərtləri dəyişdi
Tələbə Qəbulu üzrə Dövlət Komisisyası II və III ixtisas qrupları üzrə qəbul şərtlərini açıqlayıb. TQDK-nın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, II qrup üzrə ixtisas seçimində ümumi balı 150-dən, ixtiyari bir imtahan fənni istisna olmaqla qalan hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
Ümumi balı 300 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.
Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
III qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, ixtiyari bir
imtahan fənni istisna olmaqla qalan hər bir imtahan fənni üzrə
ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər
iştirak edə bilərlər (Azərbaycan Dillər Universitetinin "Tərcümə
(dillər üzrə)" ixtisasının müsabiqəsində xarici dil fənni üzrə
nisbi balı 40-dan az olmayan abituriyentlər iştirak edə
bilərlər).
Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə
buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal
məhdudiyyəti tətbiq olunmur (Azərbaycan Dillər Universitetinin
"Tərcümə (dillər üzrə)" ixtisası üzrə xarici dil fənni istisna
olmaqla).
Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 350-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər (Azərbaycan Dillər Universitetinin "Tərcümə (dillər üzrə)" ixtisasının müsabiqəsində xarici dil fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər iştirak edə bilərlər).
Gülxar
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər
-
Sosial15:20
Əməkhaqqı ilə bağlı mühüm dəyişiklik - İyulun 1-dək...
-
Rəsmi xronika14:41
Prezident və birinci xanım Şuşada
-
Dünya14:12
Cəlal Şəngördən şok iddia: Türkiyə bu ölkə ilə birləşəcək
-
Dünya13:52
20 ildən sonra ilk dəfə xəbərdarlıq edildi - Bu gün başlayır, çox təhlükəlidir...
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır
-
Hadisə12:42
Azərbaycanda iki tələbə faciəli şəkildə öldü
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...