Dünya
Kerri: "Ukrayna atəşkəsə hazırdır"
ABŞ-ın dövlət katibi Con Kerri Ukrayna hökumətinin ölkənin
şərqində qarşılıqlı atəşkəsə hazır olduğunu bildirib.
Con Kerri Ukraynanın xarici işlər naziri Pavel Klimkinlə Nyu-Yorkda
keçirdiyi birgə mətbuat konfransında bəyan edib ki, Ukrayna böhranı
həll etmək istəyir:
“Prezident Poroşenko aydın dedi, nazir Klimkin isə təsdiqlədilər
ki, ukraynalılar atəşkəsə hazırdırlar. Gələcəkdə deyil, indi. Onlar
Rusiyanın dəstəklədiyi separatçılar ilə ciddi və məzmunlu dialoqa
hazırdırlar. Ukrayna hökuməti dərk edir ki, bu böhrana son qoymağın
yeganə yoludur”.
Kerri Rusiyanın separatçılara silah, maliyyə və canlı qüvvə ilə
təmin etdiyini vurğulayıb: “Biz bunu görürük, əlimizdə
dəlil-sübutda var. Məhz Rusiyadan aldıqları dəstəyə görə
separatçılar silahı yerə qoymurlar”.
ABŞ-ın dövlət katibi bir daha bildirib ki, Rusiya münaqişənin
nizamlanmasına dair müvafiq addımlar atmasa rəsmi Vaşinqton və
Avropa Birliyi yeni, daha sərt sanksiyalara əl atacaqlar: “Rusiya
yolundan dönməsə beynəlxalq ictimaiyyətin ayrı seçimi
olmayacaq”.
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?