Türkiyə Qəzzada qətliamı dayandırmağa çalışır
Bizi izləyin

Dünya

Türkiyə Qəzzada qətliamı dayandırmağa çalışır

İsrailin Qəzzada keçirdiyi hərbi əməliyyatlara görə hər fürsətdə narahatlığını dilə gətirən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bəzi ölkələrdəki həmkarları ilə görüşlər keçirib.

Publika.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bu barədə məlumatları Davudoğlu öz tvitter səhifəsində paylaşıb. Türkiyənin baş diplomatı Qəzzada böhranın başa çatması üçün fəaliyyətlərinin davam edəcəyini bildirib.

“Qəzzada hər gün daha da böyüyən fəryadı dindirmək üçün cəhdlərimiz davam edir. Başda Fələstin dövlət başçısı cənab Mahmud Abbas olmaqla İslam Əməkdaşlıq Təşkilatının sədri İyad Mədəni, ABŞ dövlət katibi Con Kerri, Qətər XİN rəhbəri Xalid M. əl Atiyə və İngiltərə xarici işlər naziri Filip Hammond ilə gün ərzində təmaslarımız olub. Bundan başqa bölgədə olan və 20 ton dərmanı Qəzzaya çatdıran “Qırmızı Aypara” (Kızılay) cəmiyyətinin sədri ilə görüşərək Qəzzanın ehtiyacları barədə məlumat aldım. Qəzzadakı böhran mühitini yox etmək üçün fəaliyyət göstəririk”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm