FSB sosial şəbəkələri izləyəcək – Qanun
Bizi izləyin

Dünya

FSB sosial şəbəkələri izləyəcək – Qanun

Məhkəməyə müraciət etmədən Rusiya Federal Təhlükəsizlik Xidməti avqustun 1-dən ölkə ərazisində fəaliyyət göstərən sosial şəbəkələrdən lazımı informasiyaları toplaya biləcək.

Axar.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, avqustun 1-dən qüvvəyə minəcək yeni qanunun şərtləri buna imkan verəcək. Ekspertlər rəsmi Moskvanın bu addımını Ukrayna hadisələri ilə əlaqələndirirlər.

Onların sözlərinə görə, gün ərzində milyonlarla ukraynalı Rusiya sosial şəbəkələrindən yararlanmaqla, öz yaxınları və tanışları ilə əlaqədə olurlar. Bu isə kəşfiyyat orqanları üçün ən əlverişlı vəziyyət yaradır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm