Qırmızı.az
Jurnalist olmaq istəyənlər imtahan verir
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək.
TQDK-nın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bu mərhələdə 2014-cü ilin aprel ayının 1-dən 30-dək jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edə biləcəklər.
İmtahan Bakı şəhərində və TQDK-nın regional mərkəzlərinin
yerləşdiyi şəhərlərdə - Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Ağcabədi,
Göyçay, Şirvan və Xaçmazda təşkil olunacaq.
İmtahan 2 saat 30 dəqiqə müddətində aparılacaq.
Abituriyentlər bakalavriat səviyyəsinə qəbul imtahanının qabiliyyət
imtahanı mərhələsində təqdim olunmuş mövzu üzrə inşa (esse)
yazacaqlar. Yazı işi abituriyentin imtahan verdiyi bölmədən asılı
olaraq Azərbaycan və ya rus dilində yerinə yetirilməlidir.
İnşa (esse) abituriyentin təklif olunmuş mövzu üzrə öz
nöqteyi-nəzərini əsaslandırılmış surətdə ifadə etdiyi müstəqil
yaradıcı yazı işidir. Abituriyentlərə ictimai-siyasi, iqtisadi,
mədəni həyat sahələrinə aid, həmçinin respublikamız, görkəmli
şəxsiyyətlərimiz, təhsil, ixtisas seçimi, ətraf mühit, mənəviyyat
və bütün bəşəriyyəti narahat edən digər qlobal problemlər haqqında
müstəqil mühakimə yürütmək və əsaslandırmaq bacarığını nümayiş
etdirməyə imkan verən sərbəst mövzular təklif olunur.
İnşa yazıda (essedə) abituriyent öz fikirlərini aydın və savadlı
ifadə etməlidir.
Yazı işində abituriyentlərin özləri haqqında hər hansı məlumat yazması və ya hansısa işarə vurması qadağandır. Belə hala yol vermiş abituriyentlərin yazı işləri „sıfır“ balla qiymətləndiriləcək.
İnşa yazı (esse) 2–4 səhifə (ən azı 400 söz) həcmində olmalıdır. Başqa mövzuda, həmçinin 1 səhifədən (200 sözdən) az həcmdə yazılmış inşalar da “0” balla qiymətləndirilir.
Gülxar
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?