Heç kim Hrant Dink olmaq istəmədi
Bizi izləyin

Dünya

Heç kim Hrant Dink olmaq istəmədi

2007-ci il yanvarın 19-da işlədiyi qəzetin redaksiyasının qarşısında öldürülən Hrant Dinkın həyatı ilə bağlı filmin çəkilişi təxirə salınıb.

Publika.az-ın verdiyi xəbərə görə, rejissor Fatih Akın bu barədə H.Dinkin vaxtilə baş redaktoru olduğu və Türkiyədə ermənicə nəşr edilən “Agos” qəzetinə danışıb.

F. Akın filmin çəklişinin təxirə salınması səbəbi olaraq ssenarinin olduqca sərt olmasını göstərib.

“Heç bir türk aktyoru Hrant Dinkin rolunu oynamağa razı sala bilmədim. Onların hamısı filmin ssenarisinin olduqca sərt olduğunyu dedilər. Buna görə də layihəni dayandırmaq məcburiyyətində qaldım”, - türk rejissor bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm