Kazanda ara qarışdı - Ruslarla tatarlar arasında qarşıdurma
Bizi izləyin

İdman

Kazanda ara qarışdı - Ruslarla tatarlar arasında qarşıdurma

Kazanda ara qarsıdı - Ruslarla tatarlar arasında qarşıdurma

Tatarıstanın paytaxtı Kazan şəhərində ruslarla tatarlar arasında dava düşüb.

Publika.az xəbər verir ki, davanı Moskvanın “Spartak” komandasının azarkeşləri törədib. Avqustun 1-də keçiriləcək “Rubin”-“Spartak” qarşılaşmasını izləmək üçün Kazana xeyli sayda azarkeş gəlib.

Sərxoş vəziyyətdə olan Moskva klubunun azarkeşləri vağzalda olan insanları təhqir ediblər. Bu da tatarların hiddətinə səbəb olub və nəticədə dava-dalaş düşüb.

Polis 18-28 yaş arası səkkiz “Spartak” azarkeşini həbs edib. Hadisə ilə bağlı araşdırma aparılır.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm