Aqil Abbas: “Onun hərəkəti səhv yox, cinayət idi”
Bizi izləyin

İdman

Aqil Abbas: “Onun hərəkəti səhv yox, cinayət idi”

Aqil Abbas: “Onun hərəkəti səhv yox, cinayət idi”

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Qarabağ" Avstriyanın "Zalsburq" komandası ilə qarşılaşıb.

İlk oyun Ağdam klubunun qələbəsi ilə başa çatıb (2:1). “Qarabağ”ın qələbəsinə komandanın çılğın azarkeşi olan millət vəkili Aqil Abbasın münasibətini öyrəndik. Publika.az-a açıqlama verən millət vəkili “Qarabağ”ın bəxtinin gətirdiyini dedi:

“Ötürmələrdə səhvlər edirdilər, qapıçı bir-iki dəfə kobud səhvə yol verdi. “Zalsburq” daha yığcam və mükəmməl oynayırdı, həmişə hücumda idilər. Sadəcə, bəxtimiz gətirdi, inşallah cavab oyununda da belə olar”.

Aqil Abbas Ağdam klubunun futbolçusu Admir Telinin qırmızı vərəqə almasına da münasibət bildirdi:

“Admir Teliyə əllə oynadığına görə ən ağır cəza verilməli idi. Sən mərkəz müdafiəçisisən, niyə komandanı təhlükəyə atırsan? Rəşad Sadıqov da zədəlidir, bu nə işdir görürsən? O, pul cəzası almalıdır. Admir Tellinin hərəkəti səhv yox, cinayət idi. Komandanı çox pis durumda qoydu”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm