Şirkət maşınları zəncirvari qəza törətdi: sürücü öldü
Bizi izləyin

Qırmızı.az

Şirkət maşınları zəncirvari qəza törətdi: sürücü öldü

Qobustanda zəncirvari qəza baş verib. Qobustan Rayon Polis Şöbəsindən Publika.az-a verilən məlumata görə, qəzada əzilən avtomobillərin üçü şirkət maşınlarıdır. 31 yaşlı Ramil Salayevin idarə etdiyi “Shacman” markalı yük maşını Vüqar Orucovun idarə etdiyi “shacman” markalı maşınla toqquşub. Sonra da Misirxan Cəbrayılovun idarə etdiyi digər “Shacman” markalı maşına dəyib. Maşın yoldan çıxaraq “Honda” markalı minik maşınına çırpılıb. Hadisə nəticəsində avtomobillər yararsız vəziyyətə düşüb.

“Shacman” markalı maşının sürücüsü Ramil Salayev müxtəlif dərəcəli bədən xəsarəti ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. “Honda”nın sürücüsü Asif İbrahimov hadisə yerində dünyasını dəyişib. Hadisəyə səbəb şirkət maşınlarını idarə edən sürücülərin ötmə əməliyyatı həyata keçirməsi olub.

Faktla bağlı araşdırma aparılır.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm