18 yaşlı gənci qətlə yetirən şəxs tutulub
Bizi izləyin

Qırmızı.az

18 yaşlı gənci qətlə yetirən şəxs tutulub

Bakıda 18 yaşlı gənci qətlə yetirən şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, iyulun 31-də Bülbül prospektində naməlum şəxs Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Vüsal Abdullayevi bıçaqla qətlə yetirib.

Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti, Nəsimi Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi və 22-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, qətldə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1994-cü il təvəllüdlü Emin Ağazadə tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm