Dünya
48 terrorçu öldürüldü
Pakistan hərbiçiləri Əfqanıstanla sərhəd bölgədə yeni
hava hücumları nəticəsində terrorçuluqda şübhəli bilinən təxminən
48 nəfərin öldürüdüldüyü və onlarla terrorçu istinadgahının məhv
edildiyini bildirib.
Publika.az-ın "TRT Haber"ə istinadən məlumatına görə, ordu
rəsmiləri döyüş təyyarələri və Kobra vertolyotlarının əsasən
qəbilələrin məskunlaşdığı Xeybər və Şimali Vəziristan regionlarında
Pakistan Talibanı və əfqan yaraqlılarının mərkəzləşdiyi ərazilərə
hücum edib.
Rəsmilər üç qadın və iki uşaq da daxil olmaqla, azı altı mülkü
vətəndaşın məktəb avtobusunda Bacaur qəbilə regionunda yola
basdırılmış bombaya tuş gələrək həlak olduğunu bildirib.
Pakistan qoşunları Şimali Vəziristan regionunda yaraqlılar əleyhinə
genişmiqyaslı döyüşlər aparır.
İyun ayından başlayan əməliyyat nəticəsində 600-dən çox yaraqlı və
40 əsgər həyatını itirib.
-
Region12:07
Etirazçılar Paşinyanın yerinə kimi gətirir? - Baqrat açıqladı
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərə həsr olunmuş tədbir keçirildi - FOTO
-
Region10:23
İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq - Rəisidən etiraf
-
Region09:36
Paşinyana qarşı üsyanda Köçəryan izi: Ayağında “problem” olan keşiş oteldə tapıldı - FOTO
-
Rəsmi xronika09:12
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
-
Magazin104:44
“Xəbəri eşidəndən ağlayıram” - Mehriban Xanlarova