Dünya
Obama "axmaqdır" (FOTO)
Rusiyaya qarşı ciddi addım atmayan ABŞ prezidenti Barak
Obama "axmaqdır".
ANS PRESS-in məlumatına görə, bu sözləri şahmat üzrə dünya
çempionu, siyasətçi, hüquq müdafiəçisi, Nyu-York üzrə "Human Rights
Foundation" təşkilatının sədri Harri Kasparov Time jurnalına
verdiyi müsahibəsində bildirib.
Onun sözlərinə Rusiya prezidenti Vladimir Putini dayandırmaq üçün
əməli işə keçmək lazımdır.
"Avropa Birliyinin Rusiyaya qarşı sanksiyaları çox gecikir. Qərb
liderləri elə düşünür ki, bu gün Ukraynada baş verənlər lokal
xarakter daşıyır və orada ciddi heç nə baş vermir. Ukraynanın
suverenliyi, dövlət təhlükəsizliyi haqda Avropa yalnız bu ilin
fevral-mart aylarında bəyanat yaymışdılar, çox-çox əvvələr isə
Ukrayna ordusu mediaya sızdırmışdı ki, Rusiya ordusu sərhəddə çoxlu
qoşun yerləşdirir. İndi də Ukrayna hakimiyyəti kömək üçün hamıya
"yalvarır", qərb liderləri isə o köməyin nədən ibarət olacağı
barədə baş sındırırlar. Hazırda Ukraynanın şərqində açıq döyüş
gedir, rus tankları tank və artileriyanın köməkliyilə Ukrayna
ordusunu bölgədən sıxışdırıb çıxarır. Barak Obama isə Ukrayna
prezidenti Petro Poroşenko ilə görüşündə yenə də yalançı bəyanatlar
verir ki, Ukrayna münaqişəsinin hərbi yolu yoxdur. Bu bəyanat
cəfəngiyyatdan başqa bir şey deyil", - deyə Harri Kasparov
vurğulayıb.
Harri Kasparov
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?