Rəsulzadənin silahdaşı başqanlığa namizədini açıqladı
Bizi izləyin

Nida.az

Rəsulzadənin silahdaşı başqanlığa namizədini açıqladı

Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin silahdaşı olmuş Yəhya Taşdələn Müsavat Partiyası başqanlığına seçkilərə münasibətini açıqlayıb.

Publika.az-a açıqlamasında Y.Taşdələn başqanlığa namizədlər arasında Arif Hacılının şanslarının yüksək qiymətləndirdiyini bildirib.

“Mən bu insanı 20 ildən artıqdır ki, tanıyıram. Lakin ümumi anlamda bu proseslərə qarışmıram. Mən tərəfsiz bir elm adamı və yazaram. Sadəcə olaraq inanıram ki, Müsavat Partiyası Rəsulzadə yolunu davam etdirir və bundan sonra da belə olacaq. İnşallah yeni başqanın kim olmasında asılı olmayaraq, xalqa layiq olacaqdır”.


Qeyd edək ki, M.Ə.Rəsulzadə Türkiyədə fəaliyyət göstərərkən gənc olan Y.Taşdələn onun rəhbərlik etdiyi kültür mərkəzinin üzvlərindən olub.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm