ŞOK! “DÇ-2018” Rusiyadan alınır
Bizi izləyin

İdman

ŞOK! “DÇ-2018” Rusiyadan alınır

ŞOK! “DÇ-2018” Rusiyadan alınır

2018-ci ildə keçiriləcək dünya çempionatının təşkilatçılıq hüququ Rusiyadan alınacaq.

Publika.az xəbər verir ki, bu iddia ilə Almaniyanın “Bild” nəşri çıxış edib. Qəzet Avropa İttifaqına daxil olan ölkələrin səfirlərinin gizli protokollarını əldə edib.

Protokollara əsasən yaxın zamanda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq olunacaq. Bu sanksiyalara görə, Rusiya 2018-ci ildə keçiriləcək mundialın təşkilatçılıq hüququndan məhrum ediləcək.

Bununla yanaşı, Rusiya “Formula 1” “Qran-pri”sinin, 2015-c ildə keçiriləcək üzgüçülük üzrə dünya çempionatının və 2016-cı ildə baş tutacaq xokkey üzrə dünya çempionatının təşkilatçılıq hüququnu da itirəcək.

Qəzet iddia edir ki, Avropa İttifaqına daxil olan ölkələr sanksiyalarla bağlı sentyabrın 23-ə qədər qərar qəbul edəcək.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm