“Aslan” “topçular”ın hədəfinə tuş gələcək?
Bizi izləyin

İdman

“Aslan” “topçular”ın hədəfinə tuş gələcək?

“Aslan” “topçular”ın hədəfinə tuş gələcək?

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turuna yekun vurulacaq.

Publika.az xəbər verir ki, növbəti oyun günündə daha 8 qarşılaşma keçiriləcək. Madrid “Atletiko”su doğma meydanda “Yuventus”la üz-üzə gələcək. A qrupunun digər matçında “Olimpiakos” “Malmö”nün qonağı olacaq.

B qrupunun iştirakçısı olan "Bazel" "Liverpul"la, "Ludoqorotes" isə Madrid "Real"ı il münasibətlərinə aydılıq gətirəcək.

C qrupunun lideri "Zenit" Rusiyada "Monako"nu üstələməyə çalışacaq. Qrupun digər matçında isə Leverkuzen “Bayer”i doğma azarkeşləri qarşısında “Benfika” ilə qarşılaşacaq.

D qrupunda "Qalatasaray" səfərdə “Arsenal”ın qonağı olacaq. “Anderlext” isə evdə “Bosussiya” (Dortmund) ilə üz-üzə gələcək.

Çempionlar Liqası

2-ci tur

1 oktyabr (çərşənbə)

A qrupu

23:45. "Atletiko" (İspaniya) - "Yuventus" (İtaliya)

23:45. "Malmö" (İsveç) - "Olimpiakos" (Yunanıstan)

B qrupu

23:45. "Bazel" (İsveçrə) - "Liverpul" (İngiltərə)

23:45. "Ludoqorets" (Bolqarıstan) - "Real" (İspaniya)

C qrupu

21:00. "Zenit" (Rusiya) - "Monako" (Fransa)

23:45. "Bayer" (Almaniya) - "Benfika" (Portuqaliya)

D qrupu

23:45. "Anderlext" (Belçika) - "Borussiya" (Almaniya)

23:45. "Arsenal" (İngiltərə) - "Qalatasaray" (Türkiyə)

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm