Qırmızı.az
Əmək pensiyaçılarının 343 min nəfəri ahıllardır
Dövlət Sosial Müdafiə Fondunda (DSMF) qeydiyyatda olan əmək pensiyaçılarının 343 min 245 nəfəri ahıl vətəndaşlardır. Bu barədə Publika.az-a DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.
Məlumatda bildirlir ki, 2014-cü ilin sentyabr ayının 30-dək olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondunda qeydiyyatda olan əmək pensiyaçılarının 343 245 nəfəri ahıl vətəndaşlardır. Onlardan 207 740 nəfəri qadın, 135 505 nəfəri isə kişidir. Ahıl pensiyaçıların 265 529 nəfəri 70-80 yaş arası, 71 398 nəfəri 80-90 yaş arası, 6 318 nəfəri 90-dan artıq yaşı olan vətəndaşlardır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı
sosial müdafiə tədbirləri nəticəsində, ölkə əhalisinin həssas
təbəqəsi olan pensiyaçılara dövlət qayğısı ilbəil artır, yaşlı
əhalinin sosial rifahının yaxşılaşdırılması və onların
pensiyalarının artırılması istiqamətində davamlı tədbirlər həyata
keçirilir. Ahıl pensiyaçıların problemləri daim diqqət mərkəzində
saxlanılır və onların pensiyalarının təyinatı, vaxtında və ən
mütərəqqi metodlarla ödənilməsi üçün bütün imkanlardan istifadə
edilir. Hazırda ölkədə pensiya ödənişlərinin 99,9 %-nin plastik
kartlarla aparılması təmin olunub. Bu məqsədlə ölkə ərazisində
bilavasitə pensiyaçılara xidmət etmək məqsədilə 800-ə yaxın
bankomat fəaliyyət göstərir.
Ölkəmizdə yeni sığorta-pensiya sisteminin fəaliyyət göstərdiyi 2006-cı ildən hazıradək Azərbaycan Respublikası Prezidenti tərəfindən yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması ilə bağlı 8, sığorta hissəsinin artırılması ilə bağlı 8 sərəncam verilib, bununla yanaşı əvvəlki sistemlə əhatə olunmuş şəxslərin yeni şəraitə inteqrasiyasının tamamlanması üçün ardıcıl qərarlar qəbul edilib. Pensiyaların artırılması istiqamətində görülən davamlı tədbirlər bütün ahıl pensiyaçıların yoxsulluq səviyyəsindən yuxarı olan pensiya məbləğləri almalarına gətirib çıxarıb. Hazırda bu qəbildən olan vətəndaşların yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 192,2 manat təşkil edir.
Gülnar Əliyeva
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi