Qırmızı.az
Azərbaycanda virus infeksiyaları yayılıb
Havaların soyuması respirator virus infeksiyalarını daha da aktuallaşdırıb. Problem yalnız Azərbaycanla bağlı deyil, bir sıra ölkələrdə bu xəstəlik geniş yayılıb. Bir aydan çoxdur təkcə paytaxtda yox, müxtəlif bölgələrdə bu viruslar yayılıb.
Bu sözləri Publika.az-a açıqlamasında Tibb Universitetinin Terapiya Xəstəxanasının pulmunologiya şöbəsinin müdiri Əlizamin Sadıqov deyib.
Həkimin sözlərinə görə, bu infeksiyalar idarə edilmir və bəzi viruslar səhhətlə bağlı ciddi problem törədir.
“Bronxial- astma, xroniki xəstəliyi olanlar, ürək-qan damar sistemi xəstəlikləri olanlar bu virusa yoluxan zaman vəziyyətləri ağırlaşa bilir. Xroniki infeksiyaları olmayan insanlarda isə xəstəlik çox da ağır keçmir. Lakin hamilə qadınlar, 5 yaşa qədər uşaqlar mütəmadi həkim nəzarətində olmalıdırlar.
Xəstəlik çox da ağır formada deyil. Pnevmaniya halları, ağırlaşmalar olsa da, xəstəlikdən ölüm qeydə alınmayıb. Hazırda yayılan viruslar renovirus adlandırılır, burun, boğaz və aşağı tənəffüs yollarında problemlər yaradır. Bakıda hələ ki, qrip infeksiyalarına rast gəlinmir. Xəstəliklər epidemiya səviyyəsində olmasa da, ayrı-ayrı yerlərdə insanları narahat edən virus var”.
Həkim müraciətlərin sayının çox olmadığını bildirib. Onun sözlərinə görə, xəstələr məhz respirator viruslar yox, onun xroniki xəstəlikləri ağırlaşdırması ilə müraciət edilir.
Həkimin sözlərinə görə, körpə uşaqlarla bağlı müraciət daha çox olur. Bu da uşaqların həssas olması ilə əlaqədardır. O, virusdan qorunmaq üçün insanlarla kontaktı azaltmağı tövsiyə edir.
“Hazırda virus xəstəlikləri hava-damcı yolu ilə yox, məhz birbaşa kontakt, əllə görüşmək, öpüşməkdən keçir. Evdə mümkün qədər maskalardan istifadə etmək lazımdır. Həmçinin qidalanmaya da xüsusi diqqət ayrılmalıdır. Oktyabr ayı və noyabrın 15-dək qrip əleyhinə peyvəndlər aparılmalıdır. Bu da virusa qarşı mübarizəni daha da asanlaşdırır.Ölkədə vaksinlərin sayı kifayət qədərdir. Bizə müraciət edənlərə qrip əleyhinə vaksin vurdurmağı məsləhət görürük”.
Gülxar
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi