Ekopublika.az
Aİ ildə 1 trilyon avro itirir
Avropa İttifaqı (Aİ) maliyyə nazirlərinin görüşünün yekunları üzrə tənzimləyici orqanların rəhbərləri bank sirrindən imtinanın həyata keçirilməsi üçün müddətlə bağlı razılığa gəliblər.
Publika.az xəbər verir ki, ittifaqa üzv ölkələrin 2017-ci ilədək qanunvericilikdə lazımi dəyişikliklər edəcəyi gözlənilir. Həmçinin illik analoji qanunvericilik normaları sonradan İsveçrədə də tətbiq olunacaq.
Yeni qaydalara əsasən, sazişi imzalayan tərəflər maliyyə informasiyası, o cümlədən fiziki şəxslərin bank hesabları haqqında qarşılıqlı məlumat mübadiləsi həyata keçirəcəklər. Nəzərdə tutulur ki, bu qanunvericilik normaları vergi yığımlarının ödənişindən yayınma və vəsaitlərin qanuniləşdirilməsi hallarının aşkar olunmasına xidmət edəcək.
Avropa Komissiyası təmsilçiləri qeyd edirlər ki, hazırda müxtəlif maliyyə fırıldaqçılığı nəticəsində Aİ-yə ildə 1 trilyon avro məbləğində ziyan dəyir. Avropa Komissiyasının vergilər üzrə komissarı Alqirdas Semetanın sözlərinə görə, bank sirrindən imtina Aİ üçün tam və davamlı vergi şəffaflığına zəmanətdir və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının normalarına tam cavab verir.
Təşəbbüsün yeganə əleyhdarı kimi Avstriya hökumətinin nümayəndələri çıxış ediblər. Bu ölkədə maliyyə təşkilatları və hakimiyyət arasında informasiya mübadiləsi sistemi fəaliyyət göstərmir. Bununla əlaqədar olaraq ölkə hakimiyyəti yeni normaların qəbul edilməsi üçün müddətin uzadılmasına təkid edib.
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi