Çempionlar Liqasında III turun son oyunlarında nələr baş verdi? – VİDEO
Bizi izləyin

İdman

Çempionlar Liqasında III turun son oyunlarında nələr baş verdi? – VİDEO

Çempionlar Liqasında III turun oyunları başa çatıb.

Publika.az-ın məlumatına görə, ikinci oyun günündə daha 8 oyun keçirilib.

A qrupunda Madridin “Atletiko” klubu öz meydanında “Malmö”nü 5:0 hesabı ilə məğlub edib. Qrupun digər oyununda “Yuventus” səfərdə “Olimpiakos”la qarşılaşıb və məğlub olub (0:1).

B qrupunda “Real” səfərdə “Liverpul”u 3:0 hesabı ilə udub. Qrupun digər matçında “Ludoqorotes” “Bazel”ə 1:0 hesabı ilə qalib gəlib.

C qrupunda “Monako” evdə “Benfika” ilə qolsuz heç-heçə edib.(0:0)

“Bayer” (Leverkuzen) isə doğma meydanda “Zenit”i 2:0 hesabı ilə məğlub edib.

D qrupunda Türkiyənin “Qalatasaray” klubu doğma meydanda Dortmund “Borussiya”sına 0:4 hesabı ilə uduzub.

Qrupun digər oyununda “Arsenal”la “Anderlext” qarşılaşıb. “Arsenal” son dəqiqələrdə vurduğu iki qolla görüşün qalibi olub - 2:1.


22 oktyabr

A qrupu

"Atletiko" (Madrid, İspaniya) - "Malmö" (İsveç) - 5:0

B qrupu

"Liverpul" (İngiltərə) - "Real" (Madrid, İspaniya) - 0:3

C qrupu

"Monako" (Fransa) - "Benfika" (Portuqaliya) - 0:0


D qrupu

"Anderlext" (Belçika) - "Arsenal" (İngiltərə) - 1:2

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm