İki köçkün komandanın qarşılaşması
Bizi izləyin

İdman

İki köçkün komandanın qarşılaşması

Ukraynanın paytaxtı Kiyevdə "Dnepr"lə "Qarabağ" arasında keçiriləcək Avropa Liqası matçında anşlaq olmayacaq.

Publika.az xəbər verir ki, bu məlumat "Dnepr"in rəsmi saytında yayılıb. Bu barədə stadion əməkdaşları açıqlama veriblər.

Onlar bildiriblər ki, görüşə 10 minədək tamaşaçının gələcəyi gözlənilir. Bu isə "Olimpiyski"nin ümumi tutumundan 7 dəfə azdır.

Qeyd edək ki, "Dnepr" - "Qarabağ" matçı Bakı vaxtı ilə oktyabrın 24-də saat 00:05-də başlayacaq.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm