Nida.az
Müsavatçılar partiya qərargahının önündə piket keçirəcək – Arif Hacılıya zərbə
Müsavat Partiyasında VIII qurultaydan sonra seçkinin nəticələrinə etiraz edənlər partiyanın qərargahı önündə piket keçirə bilər.
Bu təkliflə Müsavat başqanının keçmiş müşaviri Hüseyn Məlik çıxış edib.
“Əksəriyyətimiz piketin olmasının
tərəfdarıyıq”
Publika.az-a açıqlamasında H. Məlik deyib ki,
piket məsələsi gündəmdədir: “Hazırda müzakirələr gedir. Güman
edirəm ki, əksəriyyətimiz piketin olmasının tərəfdarıyıq. Piketi
keçirəcəyik”.
Onun sözlərinə görə, Müsavat başqanı və tərəfdarlarının əlində
“qara siyahı” var və bu siyahıya uyğun olaraq təmizləmə əməliyyatı
aparılacaq.
“Artıq Məhəbbət Muradov çıxarıldı. Onu xəbəri olmadan illərdir
uğrunda mübarizə apardığı müsavatçılıq dəyərlərindən
uzaqlaşdırırlar. Bu haqsızlıqdır. Bu gün ona qarşı edilənə göz
yumsaq, sabah hər birimiz eyni taleyi yaşaya bilərik. Səbəb nədir?
Öz azad hüququmuzdan istifadə edib etiraz etməyimizmi?” - deyə o
bildirib.
H. Məlik qeyd edib ki, müsavat heç kimin yox, xalqın partiyasıdır:
“Bu bir dəyərdir, bu dəyəri heç kim mənimsəyə bilməz. Hesab edirəm
ki, bütün bu haqsızlığa son qoymaq üçün qərargahın önündə piket
keçirilməlidir”.
Qeyd edək ki, partiyanın Qubadlı rayon təşkilatının üzvü Məhəbbət
Muradov Müsavatdan uzaqlaşdırılıb. Ən maraqlısı isə, bu qərar onun
özünün iştirakı olmadan verilməsidir.
M. Muradov bildirib ki, rayon təşkilatının şurasında onun haqqında
uzaqlaşdırılma qərarı çıxarılıb: “Buna səbəbsə, Qubad İbadoğlunu
dəstəkləməyim və Arif Hacılının legitimliyini tanımamağımdır. Amma
mən mübarizəmi sona qədər davam etdirəcəm”.
Maraqlıdır ki, Müsavatda “qara siyahı”nın olduğu xəbəri yayılanda
həmin siyahıda M. Muradov və onun qardaşı Rövşən Muradovun da adı
keçirdi.
Piket keçirmək istəyənlər hesab edirlər ki, “qara siyahıya” uyğun
“təmizləmə” əməliyyatına start verilib.
“Mən iştirak edə bilməsəm də, piketi
dəstəkləyirəm”
Müsavat başqanlığına keçmiş namizəd Səxavət Əlisoy da piketin
tərəfdarıdır.
O, Publika.az-a açıqlamasında bildirib ki, Hüseyn Məlik müstəqil
adamdır və uzun illər siyasətlə məşğul olub: “O, nəinki piket
keçirməyə, istənilən aksiyada qərar verməkdə də sərbəstdir. Sadəcə
olaraq mən orda iştirak etmək istəmərəm. Ona görə yox ki, piketi
dəstəkləmirəm, ona görə ki, m\ən indiyə qədər Müsavatın bütün
aksiyalarını səmərəsiz hesab edərək iştirakdan imtina etmişəm. Bu
baxımdan, orda iştirak etməyəcəm. Amma bu təklifə çox normal
yanaşıram”.
“Kimisə tənqid etmisən, buna görə partiyadan get demək
müsavatçılıq dəyərlərinə ziddir”
Başqanlığa keçmiş namizəd Tural Abbaslı isə Publika.az-a
açıqlamasında bu hüquqa hörmətlə yanaşdığını, amma belə olmasını
istəmədiyini bildirib.
“Məhəbbət Muradov həqiqətən də rayon təşkilatı tərəfindən
partiyadan kənarlaşdırılıb. Əsas səbəb kimi də nizamnamə pozuntusu
göstərilib. Lakin bu doğru deyil, onun iştirakı olmadan haqqında
qərar vermək mümkün deyil. Ən azından ona məlumat verilməli, özünün
də iştirak etdiyi toplantıda pozuntular diqqətinə çatdırılmalı,
ondan sonra qərar verilməli idi. Yoxsa, sən kimisə tənqid etmisən,
qəbul etmirsən, buna görə partiyadan get demək müsavatçılıq
dəyərlərinə ziddir”, - deyə o bildirib.
“Əminəm ki, Hüseyn bəy bu təklifinin məsuliyyətini
anlayır”
T. Abbaslı Hüseyn Məlikin buna görə piket keçirmək təklifinə
gəlincə, deyib ki, əgər doğrudanda dedikləri “qara siyahı” varsa və
ya bu niyyətdə olanlar varsa, bunu başqana, yaxud digər
strukturlara şikayət etmək olar: “Könül istərdi ki, bütün
problemlər masa arxasında əqidədaş olaraq müzakirə olunsun, nəinki
piket keçirmək, yaxud mətbuat səhifələrində diskussiyalar açmaq.
Lakin, mən Hüseyn bəyin piket keçirmək hüququna da hörmətlə
yanaşıram. Hüseyn bəy uzun illərdir siyasətdədir, əminəm ki, bu
təklifinin məsuliyyətini də anlayır. Partiya nizamnaməsi pozulmamaq
şərti ilə hər kəsin istənilən təklifi səsləndirmək və bunun yerinə
yetirilməsi üçün çalışmaq hüququ var”.
Asif Nərimanlı
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?