Tabloid.az
Türk məşhurlar: kim kimin qohumudur? - FOTOLAR
Adətən, hansısa məşhurun qohumu, yaxını uğur qazananda bu, o qədər də inandırıcı görünmür.
Hər kəs düşünür ki, qazanılan uğurun arxasında mütləq şəkildə hansısa qüvvə dayanır. Amma məşhurlar da var ki, heç kimin dəstəyi olmadan, eyni cəmiyyətdə yaşadığı məşhurla hətta yaxın qohumluq əlaqələrini gizlədərək müəyyən uğurlar qazana biliblər. Türkiyə mətbuatı televiziya sahəsində işləyən şərhçi, xəbər aparıcılarının məşhur qohumlarını araşdırıb.
Publika.az həmin araşdırmanın bir hissəsini təqdim edir.
Xəbər aparıcısı Nevşin Mengü Cümhuriyyət Xalq Partiyasının (CHP) tanınmış funksioneri, vəkil Şahin Mengünün qızıdır.
Xəbər aparıcısı Şule Zeybek telekanal rəhbəri İgid Buludun keçmiş həyat yoldaşı, Namık Kemal Zeybəkin isə qızıdır.
İdman xəbərlərinin aparıcısı Sinem Büyüka isə tanınmış futbol şərhçisi Şansalı Büyükanın qızıdır.
Teleaparıcı Roksan Kunter basketbol məşqçisi və keçmiş basketbolçu Erman Kunterin qızıdır.
Teleaparıcı və iqtisadçı İnci Özkasnak Türkiyə Ali Hərbi Qərargahının keçmiş baş katibi, təqaüddə olan general Erol Özkasnakın qızıdır.
Tanınmış jurnalist Seda Selek “CNN Türk”ün xəbər aparıcısı Tunc Arslanalpın həyat yoldaşıdır.
İdman aparıcısı və yazar Güntekin Onay isə 2008-ci ildə vəfat etmiş məşqçi Gündüz Tekin Onayın oğludur.
Aparıcı Umur Birand isə mərhum teleşərhçi Mehmet Ali Birandın oğludur.
Tanınmış televiziya aparıcısı Acun Ilıcalı AKP-dən olan millət vəkili professor Mustafa Ilıcalının qardaşı oğludur.
Futbol şərhçisi Ömer Çavuşoğlu idman yazarı Nazlı İlicakın qardaşıdır.
Aktrisa, televiziya şərhçisi, tarixçi Pelin Batu keçmiş səfir, hazırkı millət vəkili İnal Batununun qzıdır.
İntiqam VALEHOĞLU
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu