Rusiya Çinə S-400 “Triumf” zenit-raket kompleksləri satır
Bizi izləyin

Dünya

Rusiya Çinə S-400 “Triumf” zenit-raket kompleksləri satır

Rusiya Federasiyasının “Rosoboroneksport” federal dövlət unitar müəssisəsi Çin Müdafiə Nazirliyi ilə S-400 "Triumf" ən yeni zenit-raket komplekslərinin çatdırılması barədə müqavilə bağlayıb.

Publika.az xəbər verir ki, bu barədə “Vedomosti” nəşri Rusiya hərbi sənaye kompleksi və Rusiya Federasiyası Müdafiə Nazirliyindəki mənbələrə istinadən bildirib.

Nəşrin məlumatına görə, payızın əvvəlində bağlanan müqavilə S-400-ün ən azı altı divizionunun Çinə çatdırılmasını nəzərdə tutur. Razılaşmanın dəyərinin 3 milyard dollardan çox olduğu deyilir. “Rosoboroneksport”dan isə müqavilə haqqında informasiyanı şərh etməyiblər.

Son bir neçə il ərzində Çin Rusiya istehsalı olan zenit raket sistemləri ilə maraqlanır. 2007-ci ildə Rusiyanın 15 divizion “ZRK S-300PMU2” və “83 M6E2” dörd idarə sisteminin Çinə çatdırılması barədə müqaviləsini imzalanıb. Müqavilənin icrası 2010-cu ilin aprelində başa çatıb.

2012-ci ildə isə media yazırdı ki, S-400 “Triumf" zenit raket komplekslərinin Çinə satışı 2017-ci ildən tez olmayaraq başlana bilər. Həmçinin qeyd olunurdu ki, Rusiya ordusunun bu sistemlərlə tam təminatından sonra məsələ müzakirə oluna bilər. Bu ilin əvvəlində isə “Kommersant" nəşri bildirdi ki, Rusiya prezidenti Vladimir Putin Çinə S-400 “Triumf” komplekslərinin çatdırılmasını bəyənib.

Qeyd edək ki, S-400 "Triumf" müxtəlif uçuş məsafəsi olan raketlərinin bir neçə tipi ilə təchiz edilmiş çoxkanallı zenit raket sistemidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm