Rövşən Lənkəranskinin səsi Ukraynadan gəldi
Bizi izləyin

Qırmızı.az

Rövşən Lənkəranskinin səsi Ukraynadan gəldi

Məşhur azərbaycanlı avtoritet Rövşən Canıyev (Lənkəranski) Ukraynaya gedib.

Axar.az-a verilən xəbərə görə, Rövşən Lənkəranski Dubaydan Ukraynaya yola düşüb və işlərini yekunlaşdırıb yenidən geri qayıdacaq. Onun əsas işləri Ukrayna və Dubayda olur. Bir müddət əvvəl R.Canıyevin Aşura günü Lənkərana getməsi xəbəri yayılsa da, deyilənlər təsdiqini tapmadı. Onun Dubayda olduğu söyləndi. Hazırda isə Ukraynada olan məşhur avtoritetin Dubaya nə zaman qayıdacağı dəqiq bəlli deyil.

Xatırladaq ki, Rövşən Canıyev “oğru dünyası”nda böyük nüfuz sahibidir. O, ilk dəfə 1996-cı ildə 2 il müddətində həbs edilib. Rövşən Caniyev atasının qatilini elə məhkəmə zalındaca güllələyib. Səbail Rayon Məhkəməsinin 4 mart 1997-ci il tarixli qərarı ilə cəzadan şərti azad olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm