Dünya
Rusiya miqrantlar üçün kvotaları ləğv edəcək
Rusiya 2015-ci ilin 1 yanvar tarixindən miqrantlar üçün müəyyənləşdirilən kvotaları ləğv edəcək.
Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Federal Miqrasiya Xidmətinin xarici vətəndaşlarla işin təşkili üzrə departamentin rəhbəri Sergey Temryakoviç Moskvada keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Rusiya ilə vizasız rejimdə olan ölkələrin vətəndaşları ölkə ərazisində patent əsaslarla işləyə biləcəklər. Bu qayda həm fiziki, həm də hüquqi şəxslərə aiddir.
“Fiziki şəxslərdə iş icazəsi kimi patent 2010-cu ilin 1 iyulundan qüvvədədir. 2015-ci ilin 1 yanvar tarixindən patentə əsasən Rusiya Federasiyası ərazisində qanuni olan xarici vətəndaşlar işləyə biləcəklər. Həm fiziki, həm də hüquqi şəxslər”, - Temryakoviç deyib.
Onun sözlərinə görə, ölkə ərazisinə daxil olan xarici ölkə vətəndaşları 30 gün ərzində patentin alınması üçün Federal Miqrasiya Xidmətinə müraciət etməlidir. Temryakoviç bildirib ki, patenti almaq üçün şəxsiyyəti təsdiqləyən sənəd, Rusiya Federasiyasına girişin hədəfinin “iş” olmasını göstərən miqrasiya kartı, yoluxucu xəstəliklərin olmaması barədə məlumatlar, rus dili, tarix və Rusiyanın qanunvericiliyi barədə məlumatlı olmasını göstərən sertifikat lazımdır. Bundan başqa, miqrant barmaq izlərini verməyə və şəkil çəkdirməyə məcburdur. Onun sözlərinə görə, bu cür patentə əsasən miqrant Rusiyanın ərazisini tərk etmədən iki il qanuni işləyə biləcək.
Patentin dəyəri Rusiyanın regionundan asılı olaraq dəyişəcək. Ən ucuz patent üçün 1586 rubl (təxminən 38 dollar), Moskvada isə 4 min rubl (94 dollar) tələb olunur.
Ömər Dağlı
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu