İsrail üçün iddia: “Bu, müharibə elanıdır”
Bizi izləyin

Dünya

İsrail üçün iddia: “Bu, müharibə elanıdır”

Efiopiyanın paytaxtı Əddis-Əbabada Sudan hökuməti ilə sülh danışıqlarını davam etdirən Şimali Sudan Xalq Qurtuluş Hərəkəti (SPLM-N) və İsrail nümayəndə heyəti arasında gizli görüş keçirilib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, İsrail heyətinə Patric Lahudun, SPLM-N heyətinə isə təşkilatın rəhbəri Yasir Gerbin başçılıq edib.

Görüşdə həmçinin Mavi Nil vilayətində separatçılara rəhbərlik edən general Əhməd, təşkilatın Cənub Kordofondakı hərbi qanadından Adam Krtsum və Sudan hərbi hava qüvvələrində vaxtilə çalışan general Stefen Setenin iştirak etdiyi iddia olunur.

Görüşlə bağlı danışan Sudan dövlət başçısı Ömər Əl-Bəşirin məsləhətçisi İbrahim Gandur İsrailin “Sudanın tarixi düşməni" olduğunu söyləyərək “əgər xəbər doğrudursa, bu, Sudana qarşı açıq şəkildə düşmənçilik və müharibə elanıdır" deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm