Tabloid.az
Leyla Əliyevanın şeirinə mahnı bəstələnib
Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan Heydər
Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi
və rəhbəri Leyla Əliyevanın şeirinə musiqi bəstələyib.
Publika.az xəbər verir ki, bu barədə AzVision.az-a açıqlamasında
əməkdar artistin özü məlumat verib. O bildirib ki, L.Əliyevanın
“İnsanlar ” adlı adlı şeirinə mahnı bəstələyib. Mahnının təqdimatı
isə dekabrın 24-də, prezident İlham Əliyevin ad günündə Heydər
Əliyev adına Sarayda keçiriləcək konsertdə baş tutacaq:
“Leyla Əliyevaya qarşı çox böyük hörmətim var. Leyla xanımın
“İnsanlar” şeirinə mahnı bəstələmişəm. Qarşıdan prezidentimizin
doğum günü gəlir. Bu mahnı da prezidentimizə ad günü hədiyyəsi
olar. Çox xahiş edirəm ki, hər kəs o mahnıya qulaq assın. Orada
balaca və gənc bir qızın ailədə aldığı tərbiyə, vətənpərvərlik,
insanları sevmək hissələri var. Ona görə də həmin şeirə mahnı
yazdım”.
Əməkdar artist həmçinin qeyd edib ki, şeirə mahnı bəstələmək üçün
Leyla Əliyeva müraciət etməyib:
“Mənim ilhamım elə güclü gəldi ki, Leyla Əliyeva bağışlasın məni,
icazə almadım. Misal var ki, Allah bizi yaradanda da heç kəsdən
icazə almayıb. Mənə elə gəlir ki, Leyla Əliyeva heç zaman məndən
icazə gözləməz. Çünki o bilir ki, mən Qara Qarayev məktəbinin
davamçısı, Arif Məlikovun tələbəsiyəm. Yəni o ağacın budaqlarının
balaca bir ruşeymi də mənəm. Yəqin ki, mən o sözlərə böyük bir
məsuliyyətlə və peşəkarcasına yanaşmışam. Bunu reklam və şah-şöhrət
xatirinə etməmişəm. Həmin şerin rus və azərbaycan dilində olan
variantlarına da ayrı-ayrılıqda musiqi bəstələmişəm”.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu