Digər
Aygün Kazımovanın şəhidlərə hörmətsizliyi
10-15 il əvvəl Azərbaycanda şou deyəndə adamın ağlına şan-şöhrətli, hörmətli, insanların sevdiyi insanlar gəlirdi. Amma indi nəinki şounun içində olmaq, hətta şoudan yazmaq “zapadlo” gəlir adama.
Çünki indi bu söz bir gecəlik eyş-işrətlə, yarıçılpaq qadınlar, qulağı sırğalı, dodağı botokslu, qaşı alınmış “kişilərlə”, Samiraldo ilə, Rəqsanəylə, Maral Tahirqızıyla assosiasiya olunur.
İnanın səmimiyyətimə ki, son zamanlar bir neçə həmkarın,
dost-tanışın “sən də şoudan yazırsan” sualına “hərdənbir yazıram”
deyib, utana-utana cavab vermişəm. İndiyə kimi iqtisadiyyatı çıxmaq
şərtilə, idmandan kriminala qədər bütün sahələrdən yazmışdım, amma
bu qədər utanmamışdım, özümü ayıb bir iş görürmüş kimi hiss
etməmişdim.
Yenə də inanın səmimiyyətimə ki, Hafiz Hacıyevin hər seçkiqabağı
efirdə göstərdiyi şou bundan daha abırlı, urvatlı və
dözüləcəkdir.
Heç haradan başlayıb, harada bitirəcəyimi bilmirəm. Söhbəti bu
qədər uzatmağımın səbəbi var...
Dünən Azərbaycan ordusu üç şəhid verdi, üç əsgərimizi itirdik, üç
ailənin çırağı söndü, üç nəsil yasa
büründü...
Düzdür, üç əsgərimizin qisasını 17 erməni dığasını cəhənnəmə vasil
etməklə ala bildik. Heç bəlkə də, ala bilmədik. Çünki bizim bir
əsgərimizin dırnağı bütün erməni xalqından qiymətlidir.
Azərbaycanda fəaliyyət göstərən bir sıra diplomatik korpusların
nümayəndələri, xüsusən Türkiyənin ölkəmizdəki səfiri Alper Coşkun
xalqımıza başsağlığı verərək bunları yazdı:
“Təmas xəttində şəhid olan azərbaycanlı qardaşlarıma Allahdan
rəhmət, ailə və yaxınları başda olmaqla, Azərbaycana başsağlığı
diləyirəm”.
Əvəzində bu dövlətin ən yüksək sənətçi titulunu daşıyan xalq
artisti Aygün Kazımova doğum gününü təntənəli qeyd etməkdən vaz
keçə bilmədi. Şou əhlini başına toplayıb özünün “zerkalnıy” yaşını
- 44-nü qeyd elədi.
Ora gələn cavan sənətçiləri, uşaq-muşaqları da heç nə mənəvi
məsuliyyətdən azad etmir. Amma həmin uşaq-muşaqları ora yığan
uşaq-muşaq deyil, bu ölkənin xalq artistidir. O xalq artisti ki, bu
dövlətdən ev də alıb, titulunun imkan verdiyi bütün imtiyazlardan
geninə-boluna istifadə də edib. Halbuki bu gün bir yazısı Aygün
Kazımovanın bütün yaradıcılığından daha qiymətli qələm adamlarımız
kirayələrdə ömür-gün çürüdürlər.
Həmin doğum günü tədbirini, heç olmasa, bir gün ertələmək
olmazdımı? Ora gələcək şou əhlininmi xətrinə dəyəcəkdi? Cəhənnəmə
dəysin!
Bilirsiniz, bəzən mətbuat da istənilən səviyyədə ədalətli ola
bilmir. Bəzən ola bilmir, bəzən də ədalətli olmağı bacarmır. Sizə
çox primitiv bir misal çəkəcəyəm. Dünən əkiz bacılar efirdə milli
valyutamızı – manatı cıranda içi mən qarışıq hamı alt-üst paltarını
başına çəkdi ki, dövlət atributudur, nə bilim cinayətdir, cəzadır
və sair. Sağ olmamışları eninə-uzununa, geninə-boluna tənqid
etdik.
Amma bu gün bircə jurnalist Aygün Kazımovanın üç şəhid verdiyimiz
halda özünə təntənəli ad günü keçirməyindən yazmadı. Bəzilərinin
yadına düşmədi, bəziləri fanatdır, bəziləri, bəlkə də,
qorxularından klaviaturaya yaxın gedə bilmədilər. Deməli, gücümüz
əkizlərə çatacaq qədərdir. Hələ ondan da
az.
Kimlərəsə pafoslu görünəcəksə, cəhənnəmə görünsün. Amma şəxsən mən
bu yazıya görə istənilən şəxsə, şəxslərə, tənqidlərə, təhdidlərə
hazıram.
Yox, əgər haqlı olduğumu düşünürsünüzsə, içinizdəki səmimiyyət
yetərlidir.
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi