“Milan” siyasətə qurban verilir?
Bizi izləyin

İdman

“Milan” siyasətə qurban verilir?

"Milan"ın azarkeşləri klubun prezidenti Silvio Berluskoniyə müraciət edib.

Publika.az xəbər verir ki, uğursuzluqdan bezən azarkeşlər prezidentdən komandada yaranmış mürəkkəb vəziyyəti araşdırmağı xahiş ediblər:

"Ötən mövsüm klub kuboka məhəl qoymadı. İndi isə bu turnir bizim üçün daha bir dəhşətli mövsümü xilas etməyə qadirdi. Klubun transfer siyasəti azad agent statusunda olan futbolçuları komandaya cəlb etmək strategiyasına əsaslanıb. Bu futbolçuların isə "Milan"a heç bir faydası yoxdur. Biz oxumuşuq ki, İnzaqiyə son şans verilib. Əslində ondan aşağı səviyyəli futbolçularla dünya səviyyəli komanda qurmaq tələb olunub.

Komandanın memarı onun baş meneceridi. O isə çətin iqtisadi şəraitə baxmayaraq, plan və strategiya olmadan fəaliyyət göstərir. O, dəyəri olmayan futbolçulara böyük pullar ödəyir. O, büdcə vəsaitini Matri, Torres və digər solçu futbolçulara sərf edir. Biz prezidentdən xahiş edirik ki, "Milan"a yenidən sərmayə qoysun və nəticəyə görə cavabdehlik daşıyan adamdan qurtulsun. Uğursuzluq indi o qədər çoxdur ki, artıq azarkeşlərin "Milan"dan üz döndərdiyi görünür".

Çərşənbə axşamı "Milan" "Latsio" ilə İtaliya kubokunun 1/4 finalında qarşılaşacaq. Bu matç komandanın baş məşqçisi Filippo İnzaqi üçün sonuncu ola bilər. "Milan" İtaliya çempionatında 20 turdan sonra 26 xalla 11-ci pillədə qərarlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm