Nida.az
"Fuad Qəhrəmanlı da istefa verəcək"
Əli Kərimlinin müavini olmuş Razi Nurullayevin istefa verməsi və partiya sədri ilə bağlı veridiyi şok acılamalar qarşılıqlı ittihamlarla davam etməkdədir.
Razı Nurullayevin bu cür acıqlamalarına münasibət bildirən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı ona cavab verməklə yanaşı digər şəxsləri - Azər Həsrəti, Niyaməddin Orduxanlını, Rauf Arifoğlunu, Aynur Camalqızını, Taleh Şahsuvarlını və digərlərini ittiham edib.
Fuad Qəhrəmanlının ittihamını cavablandıran BAXCP sədrinin müavini
Niyaməddin Orduxanlı Publika.az-a bildirib ki, bununla bağlı
Facebook sosial
şəbəkəsində status da yazıb: "Vaxt gələcək Əli Kərimliyə ən sərt
sillə vuran Fuad Qəhrəmanlı olacaq. Fuad Qəhrəmanlı Əli Kərimlinin
yanında çox qalmayacaq və o da istefa verəcək. Əli Kərimlinin əsl
simasından danışacaq. Neçə ki, bu gün Razi bəy və digərləri
danışır. Fuad Qəhrəmanlı özü də yaxşı bilir ki, Əli Kərimli yeganə
şəxsdir, onunla uzun yol getmək mümkün olmur və o hər kəsə xəyanət
etməyi bacarır. Əli Kərimli kimlərə xəyanət etməyib ki?! Əbülfəz
Elçibəy başda olmaqla hər kəsə, o cümlədən tələbə yoldaşlarına,
dost dediyi şəxslərə, hətta ailəsini və özünü qoruyan insanlara.
Əli Kərimli bolşevikdir. Kim onunla deyilsə, düşməndir. Bu adam
üçün heç bir mənəvi dəyər qalmayıb. Sözün həqiqi mənasında Əli
Kərimli iliyinə qədər siyasiləşmiş adamdır. Ona yaxşılıq edən
adamı, bir saat ərzində düşmən edir. Baxın Razi bəyin
acıqlamalarına. Neçə ola bilər ki, ondan imtina edən hər kəs -
müavinləri olmuş Asəf Quluyev, Razi Nurullayev və müşavirləri Şakir
Abbasov, Zərifə Məhədinova, Rəsul Mirhəşimli eyni ittihamları
səsləndirir?
Fuad Qəhrəmanlı Aynur Camalqızını da ittiham edib. Başa düşə
bilmirəm əgər Aynur xanımın fəaliyyəti siz qane etmirsə, necə ola
bilər ki, Fuad Qəhrəmanlının həyat yoldaşı Aynur xanımın rəhbərlik
etdiyi media qurumunda çalışıb? Bunu nə neçə başa düşək?
Əli Kərimlinin müşaviri olmuş Zərifə xanım deyir ki, Əli Kərimli
onu porno kasetlə şantaj edir. İndi bunun günahı bizdədir? Bu
anormallıqdır ki, Əli Kərimlinin özü müavinlərinə, müşavirlərinə
qarşı tutduğu mövqeyə görə, kimisə ittiham edəsən....
Sonda bir məqama da toxumaq istəyirəm. Artıq Razı bəyin özü də
acıqlamasında bildirib ki, Facebook
sosial şəbəkəsinə saxta profilləri gətirən və idarə edən şəxs Əli
Kərimlidir. Öz ətrafında olan 5-10 nəfərin hər birinə 100-200 saxta
profilləri acdırıb insanları təhqir etdirir. Bu göstərişi də verən
Əli Kərimlidir. Kişi kimi açıq mübarizədən qacanlar bilməlidir ki,
həmin ptofillərlə yazdığınız təhqirlərlə sizin hansı tərbiyənin
sahibi olduğunuzu göstərirsiniz. Neçə deyərlər, küçə adamları küçə
müxalifəti olduqlarını nümayiş etdirirlər".
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO