İqtisadi gündəm
Xocalı soyqırımı mövzusu Twitterdə birinci oldu
Xocalı soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması və bu faciənin soyqırımı faktı kimi tanıdılması istiqamətində həyata keçirilən tədbirlərin ildən-ilə daha geniş vüsət alması internet media və sosial şəbəkələrdə də bu mövzuya diqqətin artmasına səbəb olub.
“Xocalıya ədalət!” kampaniyası çərçivəsində həm Azərbaycanda,
həm də bütün dünyada keçirilən çoxsaylı tədbirlər ətrafında
aparılan müzakirələr Twitter mikrobloqunun tematikasına əhəmiyyətli
dərəcədə təsir edib.
Aparılan araşdırma nəticəsində müəyyən edilib ki, fevralın 26-da
saat 15:00-18:00 radələrində Xocalı soyqırımı Twitter-də ən çox
münasibət bildirilən və paylaşılan mövzu olub və Twitter Top
Trendində birinci yeri tutub. Bu isə onu deməyə əsas verir ki,
milyonlarla Twitter istifadəçisi bu faciəyə öz münasibətini
bildirib. “Retwit”lərin sayına görə də Xocalı soyqırımı mövzusu
rekord həddə çatıb.
Əvvəlki illərdə sosial şəbəkələrdə Xocalı soyqırımı mövzusuna münasibət bildirən şəxslər əsasən Azərbaycan və Türkiyə vətəndaşları, habelə ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılar və türklər olmuşdular. Bu il isə Twitter istifadəçilərinin əhəmiyyətli hissəsi, müxtəlif ölkələrin vətəndaşları mövzu ətrafında xüsusi fəallıq nümayiş etdiriblər.
Xocalı soyqırımına münasibətə gəldikdə, Twitter istifadəçiləri soyqırımı faktını və ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri kəskin şəkildə qınayıblar. Bir çox rəylərdə soyqırımının nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən tanınması, ona hüquqi qiymətin verilməsi məsələsi qabardılıb. Soyqırımı qurbanlarına dair vizual görüntülərin intensiv şəkildə paylaşılması da müşahidə olunub.
Diqqəti çəkən xüsusi məqamlardan biri kimi ictimai-siyasi xadimlərin, siyasətçilərin, ekspert və politoloqların, ayrı-ayrı sahələr üzrə tanınmış şəxslərin müzakirələrdə fəal iştirakını qeyd etmək olar.
Araşdırma nəticəsində müəyyən edilib ki, “Xocalıya ədalət!” kampaniyası Twitter dünya trendində geniş rezonans doğurub, yerli trenddə isə lider mövzu olub.
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO