Qırmızı.az
Ramil Usubov 40 nəfəri polisə işə götürdü
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün - fevralın 28-də Şirvan şəhərində növbəti qəbul keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Polis Şöbəsində Şirvan şəhəri, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl, İmişli, Zərdab, Saatlı rayonlarında yaşayan sakinlərin, eləcə də bölgədə məskunlaşmış qaçqın və məcburi köçkünlərin bir qrupunu qəbul edən nazir müraciətləri dinləyib, onları narahat edən problemlərin qanunvericiliyə uyğun və operativ şəkildə həlli üçün konkret tapşırıqlar verib. Daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı olan müraciətlərin əksəriyyəti elə yerindəcə öz həllini tapıb, digərlərinin aidiyyəti qurumlara göndəriləcəyi diqqətə çatdırılıb.
Bununla yanaşı, kütləvi informasiya vasitələrində öncədən verilmiş elanlara uyğun olaraq, həmin şəhər və rayonlarda yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan 250 nəfər də qəbulda iştirak edib. Onların arasından xidmətə hazırlıqlı və yararlı olan 40 namizəd seçilib.
Daxili işlər naziri həmin namizədlərin sənədlərinin hazırlanması üçün Baş Kadrlar İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq verib.
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?