Dünya
Yerli sakinlər Tikriti tərk edir
İraq ordusunun islamçıların əlində olan Tikrit şəhərinə hücumu 28 min nəfərdən çox əhalinin şəhərdən kütləvi qaçmasına səbəb olub.
Publika.az xəbər verir ki, BMT qaçqınların Samarra şəhərinə üz tutduğunu, lakin İraq ordusunun blok-postlarında saxlanıldığını bildiib.
Qeyd edək ki, artıq dördüncü gündür ki, “İslam dövləti” qruplaşmasının cihadçıları tərəfindən ələ keçirilən Tikritin azad edilməsi əməliyyatı davam edir. Əməliyyatda 30 minə yaxın İraq hərbçiləri və şiə könüllüləri iştirak edir.
Onlar cihadçıları mühasirəyə almağa çalışırlar, lakin hələ ötən il iyul ayından qoyulmuş mina və fuqasların partlaması onların irəliləməsini ləngidir.
Hücuma İraq aviasiyası, o cümlədən döyüş vertolyotları kömək edir. Anti-isalam koalisiyasının təyyarələri əməliyyatda iştirak etmir.
Cümə axşamı cihadçılar şəhərin yaxınlığında neft quyularına od vurub, nəticədə əmələ gələn qatı tüstü aviasiya zərbələrinin hədəflərini gizlədir.
İraq generalı Abdul Vahhab Saadi bəyan edib ki, yanan neftin tüstüsü qoşunun şəhərə girməsinə mane ola bilməyəcək.
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?